Azərbaycanda elə bir şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın
Tarix: 12.10.2018 | Saat: 13:51:00 | E-mail | Çapa göndər


“Son 15 il ərzində Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib”

“Bu gün Quba şəhərində çox əlamətdar bir gündür. Qubada Mərkəzi Rayon Xəstəxanası açılır. Mən bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu, çox gözəl tibb müəssisəsidir, ən yüksək, müasir standartlara cavab verir. Həm xarici görünüşü, həm daxili tərtibatı və dizaynı çox gözəldir. Əlbəttə ki, burada quraşdırılan tibbi avadanlıq ən yüksək standartlara malikdir. Əminəm ki, burada xəstələrə çox gözəl tibbi xidmət göstəriləcək və xəstələr şəfa tapacaqlar”. Bu sözləri Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında deyib. Prezident qeyd edib ki, bu tibb müəssisəsi həkimlərin iş yeridir və həkimlərin iş yeri belə gözəl səviyyədə olmalıdır: “Bu xəstəxanada bütün şöbələr var. Burada bütün xəstəliklərin müalicəsi mümkündür. Eyni zamanda, diaqnostikası da mümkündür. Onu da deməliyəm ki, bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Quba şəhərində müalicə-diaqnostika mərkəzi yaradılmışdır. Bu xəstəxana Qubada ikinci böyük tibb müəssisəsidir. Əminəm ki, Quba sakinləri bu imkanlardan istifadə edəcəklər. Belə müasir xəstəxananın bölgədə yaradılması bizim siyasətimizi göstərir. Bu gün Azərbaycanın bütün bölgələrində, hər bir rayonunda müasir tibb müəssisəsi yaradılıb və yaradılır. Bu il altı şəhərdə yeni böyük xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulurdu. Artıq ikinci xəstəxana bu gün istifadəyə verilir. Bundan əvvəl Naftalan şəhər xəstəxanası istifadəyə verilmişdir. İlin sonuna qədər dörd xəstəxananın tikintisinin başa çatması nəzərdə tutulur. Gələn il dörd şəhər xəstəxanası istifadəyə veriləcək, yaxud da ki, tikintisi davam etdiriləcək. Beləliklə, Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın. Nəhayət, biz ölkəmizin səhiyyə sahəsinin maddi-texniki bazasının yaradılmasının tamamlanmasını görəcəyik. Bu, doğrudan da böyük hadisədir. Çünki bu gün ölkəmizdə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlir, imkanlar artır. Biz bu imkanlardan istifadə edib bu gün vətəndaşlara çox gözəl xidmət göstərə bilirik. Siz bilirsiniz ki, bir neçə ildir ölkəmizdə müayinədən keçmə - diaqnostika aparılır. Bu il beş milyondan çox insan bu imkanlardan istifadə edib. Onların bəzilərində olan xəstəliklər aşkarlanıb, onlara tibbi xidmət göstərilib, tövsiyələr verilib. Əgər ciddi xəstəlik varsa, onda onlar Bakı şəhərinə göndəriliblər”. Prezident bildirib ki, son 15 il ərzində Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib: “Bu, bizim insanların sağlamlığına verdiyimiz böyük töhfəmizdir. İnsanların sağlamlığı ən vacib məsələdir. Bu gün statistikaya, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda görürük ki, bu sahədə çox yaxşı nəticələr var. Azərbaycanda insanların ömrünün uzunluğu artır, körpə-ana ölümü azalır. Əlbəttə ki, bu istiqamətdə daha da böyük addımlar atılacaq. Amma prinsipcə, səhiyyə sisteminin maddi bazasının yaradılması prosesi başa çatmaq üzrədir. İnsan sağlamlığını şərtləndirən bir çox amillər var. Onların arasında, ilk növbədə, sağlam həyat tərzidir. Mən bütün vətəndaşlara buradan müraciət edirəm ki, sağlam həyat tərzi hər bir vətəndaş üçün əsas prinsip olmalıdır. Diaqnostika, əlbəttə ki, çox vacib rol oynayır. Bu gün ölkəmizdə mövcud olan laboratoriyalar bütün analizləri edə bilər. Vətəndaşlar hər il kütləvi şəkildə müayinədən keçirlər və beləliklə, ciddi xəstəliklərin qarşısı alınır. Profilaktika çox önəmli rol oynayır. Digər tərəfdən, ölkəmizin ekoloji vəziyyəti, əlbəttə ki, insanların sağlamlığına birbaşa təsir göstərir. Bu istiqamətdə də çox vacib addımlar atılır. Havanı çirkləndirən müəssisələrdə, ictimai obyektlərdə təmizləyici qurğular quraşdırılır. İçməli su layihələri uğurla icra edilir, o cümlədən Quba şəhərində beş il bundan əvvəl mənim iştirakımla içməli su layihəsi istifadəyə verilmişdir. İndi müvafiq qurumlar qida təhlükəsizliyi ilə bağlı çox ciddi məşğuldurlar. Keyfiyyətsiz, bəzi hallarda saxta üsullarla hazırlanan qidalar aşkarlanır. Bu cinayətlərə yol verənlər isə cinayət məsuliyyətinə cəlb edilir. İdman, əlbəttə ki, insanların sağlamlığı üçün çox önəmli bir amildir. İdmanla məşğul olmaq üçün indi ölkəmizdə bütün şərait var. Yəni, biz bu sahəyə kompleks şəkildə yanaşırıq. Səhiyyə sisteminin təkmilləşdirilməsi sosial siyasətimizin əsas istiqamətlərindən biridir və bu yolda çox böyük addımlar atmışıq, böyük uğurlara imza atmışıq. Onlardan biri də bu gözəl tibb müəssisəsidir”.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır
20.02.2019
BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə verməyib
20.02.2019
Zərif çiyinlərdə “ağır YÜK” -1-ci vitse-prezident Mehriban xanım Əliyevanın vəzifəsinin iki illiyinin tamamına
20.02.2019
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb
19.02.2019
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info