Son 15 ildə Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilib
Tarix: 12.10.2018 | Saat: 13:54:00 | E-mail | Çapa göndər


10 milyona yaxın əhalinin 80 faizi internet, 3 milyona qədəri isə sosial şəbəkə istifadəçisidir

Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilib. Məhz bunun nəticəsidir ki, hazırda ölkədə 55 siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı (4 mindən çox qeyri-kommersiya təşkilatı), 5 mindən çox kütləvi informasiya vasitəsi, habelə sıralarında 2 milyona yaxın insanı birləşdirən həmkarlar ittifaqları sərbəst fəaliyyət göstərir.
Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənovun “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqaləsində əksini tapıb.

Məqalədə bildirilir ki, 2012-ci ildə “Siyasi partiyalar haqqında” Qanuna edilmiş əlavələrə görə, siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Siyasi partiyalar ölkədə azad, şəffaf və demokratik şəraitdə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində fəal iştirak edir. Bu isə Azərbaycanda siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin formalaşdığını göstərir. Ölkədə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının müstəqilliyinin və maliyyə imkanlarının artırılmasına ciddi əhəmiyyət verilir. Azərbaycan Prezidentinin sərəncamları ilə 2007-ci ildə “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası” təsdiq edilib, bu sahədə ixtisaslaşmış qurum kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılıb. 2008-ci ildə fəaliyyətə başlayan Şura ictimai təşəbbüsləri dəstəkləyərək QHT-lərin minlərlə layihəsini maliyyələşdirib.

Əli Həsənov məqaləsində qeyd edir ki, Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik, plüralist mətbuatın formalaşması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyev keçən dövr ərzində KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı qərarlar qəbul edib, müvafiq fərman və sərəncamlar imzalayıb. Hazırda ölkədə KİV-lərin ümumi sayı 5 mini, Az.domenində qeydiyyata alınmış internet saytlarının sayı isə 20 mini ötüb. 10 milyona yaxın əhalinin 80 faizi internet, 3 milyona qədəri isə sosial şəbəkə istifadəçisidir. Azərbaycanda 11 ümumrespublika, 4 peyk, 13 regional, 17 kabel, 25 internet (İP) televiziyası, 16 radio fəaliyyət göstərir.




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Rusiyalı tarixçi: Ermənistanda faşizmin qəhrəmanlıq kimi təqdim edilməsi aktuallığını itirmir
18.10.2018
Musa Qasımlı: Ötən illər göstərdi ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur
18.10.2018
“Son 15 ildə müstəqil Azərbaycan heyrətamiz inkişaf və yüksəliş yolu keçib”
18.10.2018
Baş nazir Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini ilə görüşüb
18.10.2018
Azərbaycan nümayəndə heyəti Pekində Tayhu Dünya Mədəniyyət Forumunda iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10270

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info