Sahil Babayev Şabran rayonunda 5 rayonun sakinləri ilə görüşüb
Tarix: 12.10.2018 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Sahil Babayev: “Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzəndə cari ildə ötən illə müqayisədə 6 dəfədən çox olmaqla 500 nəfər özünüməşğulluq proqramına cəlb edilib”


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şabran rayonunda Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Qəbuldan əvvəl S.Babayev və Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
Nazirlə görüşdə vətəndaşlar əsasən sosial təminat və tibbi-sosial reabilitasiya, məşğulluq, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, əmək hüquqlarının müdafiəsi, imtiyazlı şəxslərin dövlət hesabına mənzillə təmin edilməsi, sosial sığorta və s. məsələlərlə bağlı müraciət ediblər. Bir sıra müraciətlər sorğu xarakterli olub və vətəndaşlara aidiyyəti məsələlərlə əlaqədar hüquqi izahatlar verilib. Ayrı-ayrı müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə yerindəcə araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
S.Babayev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları əsasında ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi, həmçinin bu sistemin müasir və şəffaf mexanizmlər əsasında qurulması üçün aparılan işlər barədə məlumat verib. O, ölkəmizin bütün bölgələrində, o cümlədən Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı işlərinin uğurla davam etdirildiyini, son iki ildə bu beş rayonda 30-dan çox fərdi evin inşa etdirilərək həmin insanlara təqdim olunduğunu deyib.
Qəbul zamanı S.Babayevin göstərişi ilə bir sıra vətəndaşlara müraciətlərinə uyğun olaraq yaşadıqları ərazidəki müəssisələrdə olan vakant iş yerlərinə göndərişlər verilib, ayrı-ayrı şəxslər özünüməşğuluq proqramına və peşə hazırılığına cəlb edilmələri üçün qeydiyyata alınıblar. Nazir dövlət başçısının müvafiq Sərəncamına əsasən, özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran vətəndaşlara mal və materialların verilməsinə artıq başlandığını qeyd edib. S.Babayev bildirib ki, Şabran, Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında da cari ildə ötən illə müqayisədə 6 dəfədən çox olmaqla 500 nəfər özünüməşğulluq proqramına cəlb edilib.
Vətəndaşların bir qismi müraciətlərinə əsasən, nazirliyin aidiyyəti müəssisələrində reabilitasiyaya cəlb edilmələri üçün qeydiyyata götürülüb. S.Babayev nazirliyin Xaçmaz rayonunda da Əlillərin Regional Bərpa Mərkəzinin olduğunu, Mərkəzin il ərzində 250 nəfərədək əlilliyi olan şəxsə xidmət göstərdiyini, bir çox reabilitasiya müəssisələrində aparılan əsaslı təmir işlərinin qarşıdakı dövrdə həmin Mərkəzi də əhatə edəcəyini deyib. O, eyni zamanda, nazirliyin sifarişi əsasında Quba rayonunda günərzi qayğı və Xaçmaz rayonunda icma əsaslı reabilitasiya mərkəzlərinin fəaliyyət göstərdiyini, sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan 100-dək uşağın bu mərkəzlərdə reabilitasiya xidmətləri ilə təmin olunduqlarını diqqətə çatdırıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
“Ölkəmizin turizm potensialının inkişafında yeni mərhələnin əsası qoyulur”
18.10.2018
Cocuq Mərcanlıda özünüməşğulluq proqramına cəlb edilən sakinlərlə görüş
18.10.2018
Müstəqilliyimiz yenilməzdir, əbədidir, dönməzdir
18.10.2018
Azərbaycanın bir qrup KİV nümayəndəsi Gürcüstanda səfərdədir
18.10.2018
Moskvanın Tver meydanında “Azərbaycanın payız sovqatları” adlı şəhərcik fəaliyyət göstərəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10270

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info