Nigar Alimova: “Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir”
Tarix: 12.10.2018 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyinin Sənədlərlə iş və müraciətlərə baxılması departamentinin (Katiblik) baş direktoru Nigar Alimova ilə olan müsahibəni oxuculara təqdim edirik:


- Nazirliyin apelyasiya mexanizminin təkmilləşdirilməsinin məqsədləri nədən ibarətdir?

- Son dövrlərdə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən mühüm institusional yeniliklərdən biri də Sənədlərlə iş və müraciətlərə baxılması departamentinin yaradılmasıdır. Bu dəyişiklik bir sıra mühüm məqsədlərə, ən önəmlisi, adından da göründüyü kimi, müraciətlərə baxılmasının təkmilləşdirilməsinə, prosesin səmərəliliyinin artırılmasına xidmət edir və sözsüz ki, vətəndaş müraciətlərinin daha çevik və yüksək keyfiyyətlə icra olunmasını nəzərdə tutur. Dəyişikliyin başlıca mahiyyəti çoxsaylı şikayət instansiyalarını vahid bir strukturda birləşdirməklə yeni apelyasiya institutu təsis etməkdir. Məqsəd həm də odur ki, yeni yaradılmış departament, bir növ, müstəqil üçüncü tərəf kimi çıxış edərək həm yerli strukturların fəaliyyətini qiymətləndirəcək, həm də onların işinə nəzarət edən yuxarı səlahiyyətli strukturların fəaliyyətinin nə dərəcədə səmərəli təşkil olunduğunu qiymətləndirəcək.

- Daxil olan şikayətlərə baxılması qaydası necə tənzimlənir?

- Şikayət aidiyyəti üzrə bizim departamentə daxil olduqdan sonra, ilk növbədə, müraciət edən şəxsə, yəni şikayətçiyə «İnzibati icraat haqqında» Qanunun tələblərinə uyğun olaraq üç gün müddətində onun şikayətinin icraata qəbul olunması və icraçı barədə məlumat verilir. Daha sonra icraçı departamentə dəvət olunur, şikayətçinin özünün və ya səlahiyyətli nümayəndəsinin iştirakı ilə inzibati icraat qaydasında araşdırma aparılır, bütün zəruri məlumatlar və sənədlər bizə təqdim edilir, araşdırma zamanı müraciətin hərtərəfli və obyektiv araşdırılması üçün zəruri olacaq digər məsələlər yoxlanılır. Departamentin fəaliyyətində rəhbər tutduğu əsas məsələlərdən biri odur ki, vergi qanunvericiliyində olan bütün ziddiyyətlər və mübahisə doğuran məsələlər vergi ödəyicilərinin xeyrinə həll edilsin, eləcə də bu sahədə şəffaflıq tam təmin olunsun.

- Bu idarəyə müraciət etmək istəyən sahibkar ilk öncə nədən başlamalıdır, hara və necə müraciət etməlidir?

- Hazırda Vergilər Nazirliyinə müraciət kanalları çoxşaxəlidir. Vergi ödəyiciləri, vətəndaşlar öz müraciətlərini həm istənilən yerdən poçt vasitəsilə, həm də nazirliyin inzibati binasındakı poçt qutusu vasitəsilə, eləcə də əlbəəl nazirliyin qəbul şöbəsinin əməkdaşına çatdıra bilərlər. Bundan əlavə, respublikanın bütün regionlarını əhatə edən vergi xidməti mərkəzləri fəaliyyət göstərir. Vergi ödəyiciləri və vətəndaşlar həmin mərkəzlər, Vergilər Nazirliyinin «195-1» Çağrı Mərkəzi, eləcə də elektron kargüzarlıq və digər mümkün rabitə kanalları vasitəsilə bizə müraciət edə bilərlər.

- 2018-ci ilin 9 aylıq statistik göstəricilərinə baxsaq, müraciətlərin sayında və strukturunda hansısa müqayisələr apara bilərikmi?

- Bu müqayisəni departamentin təsis edildiyi gündən sonrakı dövr üzrə aparsaq, çox maraqlı tendensiyanın şahidi olarıq. Nazirliyin Sənədlərlə iş və müraciətlərə baxılması departamenti 2018-ci il iyulun əvvəlində təsis olunub. Həmin dövrdən indiyədək həm daxil olan şikayətlərin sayında, həm də onların tərkibində ciddi dəyişikliklər olub. Bu, bizə bir çox mesajlar verir. Məsələyə daha geniş yanaşsaq, onu qeyd etmək istərdim ki, sözsüz ki hər zaman diqqətçəkən məqam daxil olan şikayətlərin daha çox hansı sahələrlə bağlı olması və onların statistik göstəriciləri olub. Vergilər Nazirliyinun əsas funksiyalarından biri vergi nəzarəti tədbirlərini həyata keçirmək olduğu üçün, təbii ki, daxil olan şikayətlər də bu nəzarət tədbirləri ilə bağlı olur. Yəni müraciətlər əsasən kameral yoxlamalar, səyyar vergi yoxlamaları, operativ nəzarət tədbirləri, az sayda uçot-qeydiyyat məsələləri, hesabatların vaxtlı-vaxtında təqdim edilməməsi zamanı tətbiq olunmuş maliyyə sanksiyaları ilə bağlıdır. Burada xüsusi ilə onu qeyd etmək lazimdır ki, son dövrlərdə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən əsas siyasət nəzarət tədbirlərinin minimallaşdırılması və qanunsuz nəzarət tədbirlərinin həyata keçirilməsinin qarşısının alınmasıdır və daxil olan şikayətləri təhlil edərkən gördük ki, bu siyasətin nəticəsində daxil olan şikayətlərin dinamikasında həm tərkib, həm də say baxımından nəzərəçarpan azalmalar var. Onu da qeyd etmək yerinə düşərdi ki, təkcə səyyar vergi yoxlamalarının keçən ilin müvafiq dövrü ilə müqayisədə 60 faiz, operativ nəzarət tədbirlərinin 28 faiz azalması, eləcə də kameral yoxlamaların sayının əhəmiyyətli dərəcədə aşağı düşməsi həqiqətən böyük göstəricidir və sözsüz ki, daxil olan şikayətlərin tərkibində, məzmununda və sayında çox aydın şəkildə görünür.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
14.02.2019
“Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
12.02.2019
Hikmət Hacıyev: Ermənistan rəsmilərinin son dövrlərdəki açıqlamaları danışıqlar prosesinin irəli aparılmasına xidmət etmir
07.02.2019
SOCAR-ın xarici bazarlardakı gəliri ölkə daxilində əldə edilən gəliri üstələyir
04.02.2019
“Modul tipli sutəmizləyici qurğuların quraşdırılması əhalinin sosial rifahının yaxşılaşdırılmasına səbəb olacaq”
01.02.2019
“Dünyanın dörd bir tərəfində Azərbaycan gəncinin uğurunun şahidi ola bilərik”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info