“Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
Tarix: 12.10.2018 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Natiq Nağıyev: “Odessada Azərbaycan Mədəniyyət Mərkəzi və “Bazar günü” məktəbinin açılışı olacaq”

Hər bir yerdə və işdə ağsaqqal sözünə ehtiyac var. Onlar istənilən işdə böyüklük edərək gənclərə düzgün yolu göstərirlər. Elə müsahibimiz Natiq Nağıyev də Ukraynanın Odessa şəhərindəki ağsaqqal soydaşlarımızdan biridir. O, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa vilayəti təşkilatının Dövlət orqanları ilə iş üzrə şöbəsinin müdirdir. Qeyd edək ki, Natiq Nağıyev 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Sust kəndində andan olub. Naxçıvanda Kənd Təsərrüfatı Texnikumunu Mühasibatlıq üzrə bitirib. Hərbi xidmətdə Sovet ordusu sıralarında Rusiyasının Altay vilayətində olub. 15 ilə yaxın Rusiyada yaşayıb və hüquq-mühafizə orqanlarında işləyib. Sonra vətənə qayıdaraq müxtəlif vəzifələrdə çalışıb. Hazırda isə Odessada yaşayır.

- Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyindəki dəyişiklikdə nə kimi perspektiv görürsüz?

- Mən Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində çox güclü perspektiv görürəm. Bilirsiz, gəncləşmə o deməkdir ki, hər hansı fəaliyyətə yeni nəfəs gəlir. Məsələn, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Kiyevə gəlməsi və soydaşlarımızla görüşməsi diaspor işində böyük bir dönüş etdi, insanlarda yeni əvali-ruhiyyə yaratdı. Yəni böyük bir canlanma var. Həqiqətən də diaspor işləri günü-gündən inkişafdadır.

- Bu inkişaf Odessada nə dərəcədə hiss olunur?

- Odessada əvvəlcədən necə iş gedirdisə bu gün də davam edir. Fuad müəllimlə bu günlərdə görüşüm oldu. O, Odessanı digər yerlərə nümunə göstərdi. Çünki Odessada hər bir iş qanun çərçivəsində sənədləşib. Bizdə mətbuat, hüquq, din və s. şöbələr var. Oktyabrın 20-də bizim Odessada Azərbaycan Mədəniyyət Mərkəzi və “Bazar günü” məktəbinin açılışı olacaq. Əlbəttə ki, Komitənin də dəstəyinin olacağına ümid edirik. Komitə sədri özü dedi ki, Odessaya xüsusi rəsmi səfəri olacaq. Bu bizim məsuliyyətimizi daha da artırır.

- Orada yeni nəsil diaspor yetişirmi?

- Bəli. Bugünkü gənclər çöx maraqlı təkliflər irəli sürür və layihələr həyata keçirirlər. Bizlər də onların bu kimi addımlarını dəstəkləyirik. Etiraf etməliyik ki, indiki gəncliyin bildiyini biz bilmirik. Biz böyüklük edərək onlara yol göstərə bilərik.
Onu da deyim ki, xüsusən Ukraynada anadan olan azərbaycanlı gənclər daha fəaldırlar. Bu gün Odessada elmi fəaliyyətlə məşğul olan gənclərimiz var. Hətta Konqresin Odessa təşkilatının gənclər şöbəsinin müdiri Rövşən Ələkbərovun təşəbbüsü ilə Politexnik Universitetində Türk dili kafedrası açılıb. Onun bu təşəbbüsünün davamı olaraq universitet rəhbərliyindən xahiş etdik ki, orada Azərbaycan dili kafedrası da açılsın.

- Ağsaqqal kimi gənclərə nə tövsiyə edirsiz?

- Mən həmişə onlara demişəm ki, nə çətinliyiniz olsa gəlin bizə deyin. Bunu tək mən yox, orada BUAK Odessa vilayəti üzrə sədir Namiq Hacıyev, sədrin birinci müavini Namiq Talıbov, hüquq şöbəsinin müdiri Zaur Səfərov, mətbuat şöbəsinin müdiri Famil Nəbiyev, Ağsaqqallar Şurasının sədri Müsəllim Əliyev, İdarə heyətinin üzvləri Namiq Əliyev, Cəlil Astanov, Mehman Abbasov, Elxan Tağıyev və digərləri gənclərə lazımi məsləhətlərini verirlər.
Bizdə bir problem var ki, gənclərimiz hələlik bir-birlərini tanımırlar. İndi bizə meriyadan 150-200 kv metr yer veriblər. Biz istəyirik onu ya gənclərə, ya da qadınlara verək. Çünki analar görüşməsə, balalar evlənməyəcək. Fikrimcə, Odessa şəhərində yaşayan azərbaycanlı anaların, qızların görüşməsi gələcəkdə oğlan və qızların bir-birləri ilə tanış olmasına və ailə qurmasına böyük bir səbəb olacaq.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.10.2018
Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
14.10.2018
“Erməni Frankofoniyası” təkcə bəşəri dəyərlərin aşağılanması və ironiyası deyil, həm də bir nonsensdir
12.10.2018
Nigar Alimova: “Vergi inzibatçılığında şəffaflıq və səmərəlilik əsas hədəfdir”
10.10.2018
“Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”
10.10.2018
663 bal toplayan tələbə: “Məqsədim gömrükçü olmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10262

1 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
2 Vətən uzaqda deyil
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info