BANM-də Layihə İdarəetmə Məktəbinin M4 qrupunun açılışı olub
Tarix: 12.10.2018 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution” (STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) yeni M4 qrupunun açılış mərasimi keçirilib. Mərasimdə BANM-in rektoru Elmar Qasımov, BP-də 20 ildən çox təcrübəyə malik, informasiya texnologiya və xidmətləri üzrə layihələrin qrup rəhbəri, eyni zamanda, Layihə İdarəetmə Məktəbinin müəllimi Faiq Nəsibov və M4 qrupunun tələbələri iştirak ediblər.
BANM-dən bildirilib ki, tədbirdə rektor Elmar Qasımov hər bir iştirakçı ilə yaxından tanış olub və təlim proqramını uğurla başa vurmağı arzulayıb.
Ölkənin aparıcı şirkətlərinin rəhbər nümayəndələrindən ibarət olan iştirakçılar özləri haqqında qısa məlumat veriblər. Layihə İdarəetmə Məktəbinin yeni M4 qrupunun iştirakçıları sırasına BP, KCADeutag, Azneft İB, Azərsu ASC, Samsung Engineering, Azərtexnolayn, “Akelik Group” ASC, ABB kimi şirkətlərin əməkdaşları daxildir. Qeyd edək ki, SPM layihələrin beynəlxalq standartlar əsasında idarə olunması ilə bağlı yerli tələbi ödəmək üçün unikal təlim proqramıdır. Onu uğurla bitirən iştirakçılar ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatını əldə edirlər. SPM proqramı layihənin idarə olunması, layihə menecerləri üçün keyfiyyət, büdcənin, riskin idarə olunması, layihədə liderlik, layihə menecmentinin tətbiqi, layihə menecerləri üçün danışıqların aparılması bacarıqları kimi 7 moduldan ibarətdir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə keçiriləcək
18.10.2018
“Heydər Əliyev və Azərbaycan tarixi” V respublika bilik yarışı keçirilib
18.10.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Müstəqillik Günü qeyd edilib
18.10.2018
Təhsil müəssisələrində dövlət müstəqilliyimizin 27-ci ildönümü qeyd olunub
18.10.2018
BANM-ın rektoru və tələbələri təltif olundular

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10270

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 “Odessada gənclərimiz çox maraqlı layihələr həyata keçirirlər”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info