Mordoviyanın Musiqili Teatrından azərbaycanlı dirijora dəvət
Tarix: 12.10.2018 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Rusiyanın Mordoviya Respublikasının Mədəniyyət, Milli siyasət, Turizm və Arxiv işləri Nazirliyi və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Mordoviya Respublikasının İ.M.Yauşeva adına Dövlət Musiqili Teatrında görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunacaq.
Mordoviya Respublikasının İ.M.Yauşeva adına Dövlət Musiqili Teatrının rəhbərliyi P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının müəllimi, Xalq artisti Fərəc Qarayevin məsləhəti ilə Azərbaycan Dövlət Musiqili Teatrının gənc və istedadlı dirijoru Orxan Həşimovu bu baletdə orkestri idarə etməsi üçün dəvət edib.
Qeyd edək ki, 2017-ci ildə Moskva Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirən Orxan Həşimov gənc olmasına baxmayaraq, indiyə qədər bir çox müsabiqə və festivallarda - 2015-ci ilin may ayında Moskvada keçirilən "Musical Art” beynəlxalq müsabiqəsində diploma layiq görülmüş, həmin ilin noyabrında Budapeştdə keçirilən Antal Dorati adına Beynəlxalq Drijorluq müsabiqəsində I yerə çıxmış, 2016-cı ildə Kremldə "Мелодика поколений” festivalında isə Rusiya Federasiyasının Prezident orkestri ilə debüt konserti verərək diploma layiq görülmüşdür. Hal-hazırda Azərbaycan Dövlət Musiqili Teatrında çalışan gənc dirijor Moskva Konservatoriyasının Simfonik orkestri, Moskva Konservatoriyasının Opera Teatrının Simfonik Orkestri, Rusiya Federasiyasının Simfonik Orkestri, Polşanın Gdansk şəhərində F.Şopen adına Polşa-Baltik Simfonik orkestri və Budapeşt MAV simfonik orkestri ilə əməkdaşlıq edir.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.12.2018
İçərişəhərdə yeni aşkarlanan orta əsrlərə aid hamam
16.12.2018
“Soyuq müharibə” filmi Avropa Kino Akademiyasının baş mükafatını alıb
15.12.2018
Portuqaliya klassik musiqisi ilə muğamın sintezi
15.12.2018
Sağlamlıq imkanları məhdud uşaqlar üçün növbəti xeyriyyə aksiyası
13.12.2018
Özü ölsə, sözü ölməz ustadin

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info