Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək
Tarix: 12.10.2018 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Azərbaycan şirkətləri Çində keçiriləcək sərgilərdə iştirak edəcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, oktyabrın 12-də İxracatçılar Klubunun növbəti iclası keçirilib. İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə bu ilin noyabr ayında Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək "Çin Beynəlxalq İdxal Sərgisi" və "Prowine China" beynəlxalq şərab sərgisində iştirak edəcək şirkətlərin nümayəndələri ilə müzakirələr aparılıb. İxracatçılar klubunun icraçı direktoru Zöhrab Qədirov "Made in Azerbaijan" brendinin xarici ölkələrdə təşviqi istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb, yerli məhsulların xarici bazarlarda tanıdılması və ixracının artırılması məqsədilə xarici ölkələrdə təşkil olunan sərgi və digər tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan istehsalı olan məhsullar xarici bazarlarda, xüsusilə Çin bazarında böyük maraqla qarşılanır. Məhz bu səbəbdən yerli məhsulların Çində təşkil edilən sərgilərdə təqdim olunması əhəmiyyətlidir. Tədbirdə Şanxayda keçiriləcək "Çin Beynəlxalq İdxal Sərgisi"ndə və "Prowine China" sərgisində yerli məhsulların nümayiş olunacağı "Made in Azerbaijan" vahid ölkə stendlərinə dair təqdimat keçirilib, sahibkarların təklifləri dinlənilib.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Azərbaycan neftinin bir barreli 68,50 dollara satılır
20.02.2019
“Biz 1994-cü ildən Azərbaycanı xarici investisiyalar üçün açaraq milyardlarla dollarlıq sərmayə cəlb edə bildik”
20.02.2019
Azərbaycan enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradır
20.02.2019
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20.02.2019
“Yaşıl dəhliz“ sistemindən uğurlu nəticələr əldə edilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info