Washington Times: Ermənistanda anarxiya, qanunsuzluq və qarışıqlıq hökm sürür
Tarix: 12.10.2018 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Bu gün Ermənistanda yaşananlar artıq dünya mediasının da diqqət mərkəzindədir. Bunu ABŞ-ın aparıcı nəşrlərindən olan «Washington Times» qəzetində yer alan məqalə də sübut edir. Məqaləni bəzi ixtisarlarla sizin də diqqətinizə çatdırırıq: «Ermənistan küçələri artıq Paşinyanın «hesabat veriləcək» və «qanunun aliliyi» üçün üstün vasitəsi olub. Bu gün Ermənistan anarxiya, yəni dövlət hakimiyyətinin olmaması səbəbindən qanunsuzluq və ya siyasi qarışıqlıq şəraitində yaşayır. Ermənistanın institusional parçalanması Avropa və Qafqaz üçün ciddi nəticələrə səbəb ola bilər». Bu fikirləri ABŞ-ın Bəhreyndəki keçmiş səfiri, Dövlət Departamentinin sabiq rəsmisi Adam Ereli qeyd etdiyimiz nəşrdə dərc etdirdiyi məqalədə yazır.
Müəllif hazırda Ermənistandakı vəziyyətin Ukraynanın "narıncı inqilabı" və keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin «tərəqqi və tənəzzülü» ilə eyniyyət təşkil etdiyini bildirir: «Ermənistanda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan İrəvanın mərkəzi meydanında təxminən 250 min nəfərədək tərəfdarını səfərbər edərək hakimiyyəti ələ keçirdi. Təbii ki, ölkə parlamenti bütün bunlara passivlik nümayiş etdirsə də, etiraz da sərgiləyirdi.
Qeyd edilməlidir ki, həmin ərəfədə Nikol Paşinyanın təmsil etdiyi partiya parlamentdəki 105-səsdən cəmisi 9-na sahib idi. Hakimiyyətə gələn gündən özünü «xalqın namizədi» kimi təqdim edən Paşinyan Ermənistandakı aparıcı təşkilatları sistematik olaraq məhv etməyə başladı.

“Paşinyanın erməniləri küçələrə tökməklə dövlət orqanlarını zəiflətmək cəhdi Ermənistanda anarxiya üçün bir reseptdir”


Hakimiyyətdə olduğunun 100 günü münasibətilə ermənilər qarşısında çıxış edən Paşinyan ölkədə artıq nə koalisiya hökumətinin, nə də heç bir parlamentariya çoxluğunun olmadığını bəyan edərək, hakimiyyətin xalqa məxsus olduğunu bildiridi. Paşinyan bundan sonra artıq hökumətin meydana yığılanlara hesabat verəcəyini, meydandakılara tabe olacaqlarını və bütün əsas məsələlərin bu meydanda qəbul ediləcəyini bəyan etdi. Çıxışı zamanı öz tənqidçilərinə müraciət edən baş nazir onları «ağğıllı olmağa, xalqı qəzəbləndirməməyə çağırdı».
İndi artıq İrəvan küçələri Paşinyanın «hesabat veriləcək» və «qanunun aliliyi» üçün üstün vasitəyə çevrilib». Beləliklə, yeni baş nazir üçün ilk hədəf obyekti hökumət orqanları, ədliyyə sistemi və parlament oldu. Belə ki, son parlament seçkilərini «qeyri-qanuni» elan edən Paşinyan Seçki Məcəlləsi islahatlarından bir il sonra yeni seçkilər keçirəcəyini vəd etdi. O, İrəvan merliyinə fövqəladə seçkilər keçirdi. Oktyabrın 2-də parlamentin seçkilərin nəticələrinin ləğv edilərək yeni seçkilərə getmək təşəbbüsünə Paşinyan öz tərəfdarlarını küçəyə çağırmaqla cavablandırdı. O, ölkədəki məhkəmə sistemini də ləğv edərək bunun "hakimiyyətin istəklərinə xidmət edən imtiyazlı insanlar sistemi" olduğunu bəyan etdi».
Nəşr, təəssüflə olsa da, bu gün Paşinyanın «Ermənistan üçün» oğru təcrübəsindən belə, yararlandığını bildirir. Onun mafiya üslubunda siyasi vendetta tətbiq etmək üçün Təhlükəsizlik Xidməti və məhkəmələrdən istifadə etdiyini bildirir: «… 2008-ci ilin mart ayında konstitusiya qanunlarını pozmaqda ittiham edilən sabiq prezident Robert Koçaryanın həbsindən iki gün sonra, onun dövründə ölkənin müdafiə naziri olmüş Mikael Arutyunyanın da həbsi üçün göstəriş verildi». Keçmiş rəqiblərinə qarşı sərgilədiyi münasibəti hakimiyyətdən sui-istifadə kimi dəyərləndirənlərə Paşinyan bunun «ölkədəki korrupsiyaya qarşı apardığı total mübarizə» olduğunu bildirir.
Ölkənin Təhlükəsizlik Xidməti ilə Xüsusi istintaq xidməti arasındakı gizli telefon danışıqlarına diqqət çəkən nəşr, Paşinyanın olanlara susqunluq nümayəiş etdirməsinin əsassız olmadığını, yaşananların məhz elə baş nazir tərəfindən təlimatlandırıldığını bildirir.
Məqalə müəllifinin fikrincə, bu gün Ermənistanda Paşinyan tərəfindən tikilən populist Potemkin kəndi, Qafqazla yanaşı, elə Avropa üçün də böyük təhlükədir və tezliklə bu, yeni baş nazirlə yanaşı, onun tərəfdarlarının da başına uça bilər: «Paşinyanın erməniləri küçələrə tökməklə dövlət orqanlarını zəiflətmək cəhdi Ermənistanda anarxiya üçün bir reseptdir. Erməni siyasi müşahidəçisi Gevorq Arutyunyanın qeyd etdiyi kimi, "Bu gün əsas məsələ, «inqilabçı» Nikol Paşinyanın baş nazir ola bilməsi məsələsidir". Bunun isə əlamətləri hələ ki,nəzərə çarpmır.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
17.10.2018
Erməni polisləri sərhəddə xidmətdən imtina edirlər
17.10.2018
ABŞ dövlət katibi Ankarada səfərdədir
17.10.2018
Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib
16.10.2018
Nikol Paşinyan istefa verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info