Prezident jurnalistin səhhətində yaranmış problemlərin aradan qaldırılması ilə bağlı göstəriş verib
Tarix: 12.10.2018 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyev jurnalist Səbuhi Məmmədlinin səhhətində yaranmış problemlərin aradan qaldırılmasına kömək göstərilməsinə dair müvafiq göstəriş verib. Bu barədə Trend-ə Azərbaycan Mətbuat Şurasından məlumat verilib. Qeyd olunub ki, Mətbuat Şurasının bununla bağlı dövlət başçısına ünvanladığı məktuba cavab olaraq jurnalistin sağlıq durumunun yaxşılaşması üçün tədbirlərin görüləcəyi bildirilib.
Şuranın Prezident İlham Əliyevə ünvanladığı məktubda ölkəmizdə həyata keçirilən media siyasətinin öz fundamental əsaslarını müxtəlif dövlət sənədlərində tapdığı vurğulanıb. Bu siyasətin eyni zamanda insanpərvərlik, humanistlik kimi ali dəyərlərə söykəndiyi diqqətə çatdırılıb. Bildirilib ki, jurnalistlərimiz mövcud məqamı xüsusi vurğulayır, nəcib əməl və təşəbbüsləri misilsiz örnək nümunəsi olaraq təqdim edirlər. Mətbuat Şurasının müraciətində bildirilib: “Ölkəmizin nüfuzlu kütləvi informasiya vasitələrində reportyor kimi çalışmış istedadlı jurnalist Səbuhi Məmmədli də Sizin şəxsinizdə Azərbaycan dövlətinin humanist yanaşmasına ehtiyac duyur. O, kəskin şəkərli diabetdən, qaraciyər və ürək çatışmazlığından əziyyət çəkir. Hazırda səhhəti ağırlaşmış jurnalistin həyatı təhlükədədir. Buna görə də ölkənin media ictimaiyyəti adından Sizə üz tutur, ona müvafiq kömək göstərilməsini xahiş edirik. Əminik ki, həssas münasibətiniz, şəxsi diqqətiniz sayəsində Səbuhi Məmmədlinin sağlamlığına qovuşması ilə bağlı zəruri tədbirlər həyata keçiriləcəkdir”.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Ukraynada soydaşımız Baş Prokurorun müavini təyin edilib
18.10.2019
Hüquq-mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib
18.10.2019
Vilayət Eyvazovdan əmr: Yol polisində mühüm dəyişiklik
18.10.2019
Qazaxda “N” saylı hərbi hissədə tədbir keçirilib
18.10.2019
“Vətənin müdafiəsinə hazıram!” devizi altında növbəti tədbir Salyanda keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info