Samuxda keçirilən əmək yarmarkasına 241 iş yeri çıxarılıb
Tarix: 12.10.2018 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Samux Rayon Məşğulluq Mərkəzi işsiz və işaxtaran vətəndaşların aktiv məşğulluğunu təmin etmək məqsədilə rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların, həmçinin sahibkarların köməyi ilə əmək yarmarkası keçirib. Rayon Məşğulluq Mərkəzindən bildirilib ki, əvvəlcədən əmək yarmarkasının keçirilməsinə dair qəsəbə və kəndlərdə müvafiq yerlərə elanlar vurulub, işsiz və işaxtaran vətəndaşlar arasında təbliğat aparılıb.
Əmək yarmarkasına 20 idarə, müəssisə, təşkilat və fiziki şəxs tərəfindən, ümumilikdə, 241 boş iş yeri çıxarılıb. İş yerlərini təqdim edən müəssisələrdən 11-i dövlət, 7-si qeyri-dövlət müəssisəsi, 2-si isə fiziki şəxs olub. Yarmarkaya dövlət müəssisələri tərəfindən 100, qeyri-dövlət müəssisələri tərəfindən 34, fiziki şəxslər tərəfindən isə 9 boş iş yeri çıxarılıb. Təqdim olunan iş yerlərində minimum əmək haqqı 130 manat, maksimum əmək haqqı isə 365 manat təşkil edib. Gün ərazində yarmarkaya 210 nəfər vətəndaş müraciət edib. Həmin vətəndaşlardan 39 nəfərinə münasib iş yerlərinə, 10 nəfərinə isə ictimai işlərə göndəriş verilib.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
ADRA ölkəyə xaricdən yeni reklam qurğuları gətirir
16.10.2018
Astaranın Səncərədi kəndində körpələr evi-uşaq bağçası üçün yeni bina tikilib
16.10.2018
Lənkəran Dövlət Universiteti üçün yeni yataqxana binası tikilir
16.10.2018
Qusarın üç kəndində modul tipli məktəb binaları istifadəyə veriləcək
16.10.2018
9083 nəfərə reabilitasiya xidmətləri göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info