Özbəkistan Prezidenti MDB iştirakçı-dövlətlərinin müdafiə nazirlərini qəbul edib
Tarix: 12.10.2018 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının Daşkənddə keçirilən 75-ci iclası çərçivəsində müdafiə nazirlərini qəbul edib. Görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da iştirak edib. Özbəkistan Prezidenti qonaqları salamlayaraq bildirib ki, MDB iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası Daşkənddə birinci dəfədir keçirilir. Bu, onu göstərir ki, MDB-nin fəaliyyətində Özbəkistan yeni mərhələnin əsasını qoyub.
Dövlət başçısı bildirib ki, ötən il Özbəkistan MDB ölkələri ilə iqtisadiyyat, energetika, elm, innovasiya, cinayətkarlıqla mübarizə və digər sahələrdə fəal əməkdaşlıq edib.
Görüşdə MDB ölkələri arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Bu sahədə ikitərəfli və çoxtərəfli tədbirlərin keçirilməsi, peşəkar hərbi kadrların hazırlanması məsələləri də diqqət mərkəzində olub. Qəbulda beynəlxalq və regional məsələlər, təhlükəsizliyin və sabitliyin qorunması ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Çıxış edən nazirlər ölkələrinin dövlət başçılarının salamlarını və xoş arzularını Prezident Şavkat Mirziyoyevə çatdırıblar. Onlar Özbəkistanda bütün sahələrdə həyata keçirilən islahatları, həmçinin Silahlı Qüvvələrin modernləşdirilməsi, regionda təhlükəsizliyin, sabitliyin qorunmasını yüksək qiymətləndiriblər.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır
20.02.2019
İsrailin Baş naziri Moskvaya səfərini təxirə salıb
20.02.2019
İngiltərədə Mühafizəkarlar partiyasından olan üç deputat partiya sıralarını tərk edib
20.02.2019
Suriyanın yeni konstitusiyası hazırlanacaq
20.02.2019
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriya mәsәlәsi ilә bağlı xәbәrdarlıq edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info