“Şah İsmayıl Xətainin divanı” Azərbaycan alimlərinin gələcək tədqiqatları üçün dəyərli mənbədir
Tarix: 12.10.2018 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Türkiyənin Anadolu Universitetinin professoru Muhsin Macitin nəşrə hazırladığı “Şah İsmayıl Xətainin divanı” kitabının təqdimatı olub.
AMEA-dan bildirilib ki, tədbir Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb. Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli kitabın nəşrinin M.Macitin uzun illər apardığı elmi tədqiqatlarının məntiqi nəticəsi olduğunu bildirib. İ.Həbibbəyli kitaba Türkiyə Prezidentinin, Baş nazirinin, eləcə də mədəniyyət və turizm nazirinin “Ön söz” yazdığını diqqətə çatdırıb və bunun qardaş ölkədə Şah İsmayıl Xətaiyə verilən yüksək dəyərdən irəli gəldiyini söyləyib.
Xətainin qılıncı və qələmi ilə qüdrətli şəxsiyyət olduğunu deyən İ.Həbibbəyli nəşrdə görkəmli sərkərdənin həyatı, əsərləri, həmçinin əlyazmasının şərhlərlə oxucuya təqdim edildiyini vurğulayıb. Xətainin qısa həyatı dövründə zəngin və çoxcəhətli irs yaratdığı, həm epik, həm də lirik janrlarda qələmə aldığı əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirdiyi qeyd edilib.

İ.Həbibbəyli SSRİ dövründə Xətainin dini şeirlərinin Azərbaycan xalqından gizlədildiyini, nəhayət, ölkəmizin müstəqillik qazandıqdan sonra klassikimiz haqqında həqiqətlərin ictimaiyyətə açıqlandığını bildirib. O, əsərin nəşrinin iki ölkə arasında elm, təhsil, ədəbiyyat, mədəniyyət əlaqələrinin gücləndirilməsinə töhfə verəcəyini deyib, nəşrin Azərbaycan alimlərinin gələcək tədqiqatları üçün dəyərli mənbə olduğunu diqqətə çatdırıb.

Sonra Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru Cihan Özdəmir çıxış edərək tarixən türk hökmdarlarının elmə, təhsilə, incəsənətə yüksək dəyər verdiyini vurğulayıb. Qeyd edib ki, Şah İsmayıl Xətai də belə hökmdarlardan biri olub və onun hakimiyyəti illərində alimlər, sənətkarlar və ədəbiyyat xadimləri daim himayə edilib. O, professor M.Macitin uzun illər apardığı tədqiqatlarının “Şah İsmayıl və şairliyi”, “Şah İsmayıl və əsərləri” və “Xətai divanının tənqidli mətninə doğru” yarımbaşlıqları ilə oxucuya təqdim olunduğunu deyib. Tədbirdə, həmçinin filologiya üzrə elmlər doktorları - Məhərrəm Qasımlı, Əlizadə Əsgərli, Paşa Kərimov, Fəridə Əzizova, İmamverdi Həmidov və Zəkulla Bayramlı nəşrdə yer alan əlyazma və şərhlərlə bağlı fikirlərini söyləyiblər.
Sonda M.Macit tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirilib
17.10.2018
UNEC “Təhsil almaq üçün hansı universiteti seçərdiniz” nominasiyasının qalibi olub
17.10.2018
Rektor Elmar Qasımov 26 Prezident təqaüdçüsü ilə görüşüb
17.10.2018
Lera Kurmakaeva ADU-da təlim keçib
17.10.2018
Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info