Hacı Əliyev: Növbəti dəfə dünya çempionu olmağa calışacağam
Tarix: 12.10.2018 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Məşqlərimiz uğurla davam edir. İlin əvvəlindən bir neçə dəfə təlim-məşq toplanışı keçirmişik. Bu, sonuncu hazırlıq prosesidir. Gördüyünüz kimi, bir az zədəliyəm. Belarusdakı yarışdan sonra xalça üzərində ikinci məşqimdir. Buna baxmayaraq, növbəti dəfə dünya çempionu olmağa calışacağam. Rəqiblər çox güclü olsa da, əlimdən gələni edəcəyəm. Bunu güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev oktyabrın 12-də milli komandalarımızın açıq məşqi zamanı jurnalistlərə müsahibəsində deyib. Sentyabrın 20-dən 28-dək Budapeştdə keçiriləcək dünya çempionatında komandamızın əsas medal ümidlərindən olan Hacı Əliyev bu dəfə 65 kiloqram çəki dərəcəsində mübarizə aparacaq. Sentyabrda Macarıstanda keçirilən beynəlxalq turnirdə zədələnsə də, dünya çempionatında qızıl medal qazanmaq üçün var qüvvəsi ilə mübarizə aparacağını bildirən pəhləvan deyib: “Zədəm dizimdədir. Sərbəst güləşdə tez-tez ayaqdan tutmaqla fəndlər edirik. Bu baxımdan dizə çox yük düşür. Zədəli dizimi qorumağa çalışacağam. Bəlkə də bu baxımdan yaxşıdır ki, ayağımı rəqiblərə verməməyə daha çox diqqət yetirəcəyəm”.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“Çelsi“ nin məşqçilik postuna namizədlər
21.02.2019
UEFA Avropa Liqasının ilk səkkizdəbir finalçısı məlum olub
20.02.2019
UEFA Çempionlar Liqası: “Atletiko Madrid” yoxsa, “Yuventus”
19.02.2019
İngiltərə kuboku: “Mançester Yunayted” “Çelsi”ni mübarizədən kənarlaşdırıb
19.02.2019
Türkiyə Superliqası: “Başakşəhər” liderliyini möhkəmləndirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info