İrana neft sanksiyasında sürpriz dəyişiklik
Tarix: 12.10.2018 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


ABŞ İranın Milli Neft Şirkətinə BP ilə birlikdə Şimal dənizindəki layihəni davam etdirmək üçün lisenziya verib

“Qarşıdakı 45 gün ərzində dünya bazarlarında neft qiymətində kəskin dəyişikliklər olacaq. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar neftin qiymətinə böyük təsir göstərəcək”. Bu sözləri British Petroleum (BP) şirkətinin Baş direktoru Bob Dadli deyib. O bildirib ki, iri neft istehlakçısı olan ölkələrə İrandan neft almaq üçün icazə verilməlidir. Əks halda yüksələn qiymətlər qlobal iqtisadiyyata mənfi təsirini davam etdirəcək. Maraqlı məqam ondan ibarətdir ki, BP-nin rəhbərinin bu bəyanatından sonra ABŞ administrasiyası BP və “Cerica Energy” şirkətlərinə Şimal dənizində aşkar edilmiş qaz yataqlarında işləri davam etdirmək üçün lisenziya (icazə) verib. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, BP və “Cerica Energy” şirkətləri Şimal dənizindəki neft və qaz yataqlarını İranın Milli Neft Şirkəti ilə birlikdə işləyirlər. İran və Böyük Britaniya mətbuatının yazdığına görə bu qaz yataqların birgə işlənməsinə dair əldə olunmuş razılaşmaya əsasən hasilatın pay bölgüsündə İran 50 faiz paya malikdir. Bu, kifayət qədər böyük rəqəmdir və deməli, İran Şimal dənizindən qaz hasilatında iştirak etmək üçün layihəyə sərmayə də yatırıb. Sərməyənin həcmi barəsində məlumat verilməsə də, aydın məsələdir ki, Şimalda qaz hasil etmək İranda qaz hasil etməkdən çox çətindir. Bu isə onu deməyə əsas verir ki, sərmayənin həcmi böyükdür. Şimal dənizindəki Ram adlanan qaz yataqları Böyük Britaniyanın qaza olan tələbatının 5 faizini ödəmək imkanındadır. ABŞ-ın CNBS kanalının məlumatına görə, noyabrın 4-dən başlayaraq İranın neft sahəsinə qarşı tətbiq olunan sanksiyalar qüvvəyə minəcək. Lakin buna baxmayaraq, oktyabrın 9-da İranın Milli Neft Şirkətinə BP və “Cerica Energy” şirkətləri ilə birgə layihəni davam etdirməsi üçün icazə verilməsi belə qənaətə gəlməyə imkan verir ki, rəsmi Vaşinqton sanksiyaları yumşaldıb və İranın xarici neft şirkətləri ilə həyata keçirdiyi birgə layihələrə icazə verəcək. Bu isə dünya bazarında neftin qiymətinin sabit saxlanılması üçün atılan addımdır. Onu da qeyd edək ki, İran Milli Neft Şirkətinin yaydığı məlumatda qeyd edilir ki, ölkə öz neftini enerji birjasında satacaq. Bildirilir ki, şirkət oktyabrın 22-dək İran Beynəlxalq Enerji Birjası vasitəsilə 1 milyon barel xam neft satacaq. Enerji birjası vasitəsilə neft satışı üzrə ödənişlərin 20 faizi rial, 80 faizi isə digər valyuta növləri ilə həyata keçiriləcək. Neftin ən az 5 min ton və ya 35 min barel olaraq satılacağı qeyd edilib. İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei çıxışlarının birində ABŞ-ın sanksiyalarından ötəri neft satışında dəyişiklik ediləcəyini və özəl sektorun bu sahədə əsas rol oynamasının vacibliyini qeyd edib. ABŞ noyabrın 5-dən etibarən İran Milli Neft Şirkətinə, İran Neft Ticarət Şirkətinə və Milli Tanker Şirkətinə sanksiyalar tətbiq etməyə hazırlaşır. İran sanksiyaların təsirin azaltmaq üçün müxtəlif tədbirlər həyata keçiri. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Heşmətullah Fəlahətpişe ikili vətəndaşlıq sistemində aparılacaq dəyişikliklə xaricdəki 8 milyon iranlının yarısının maddi varlıqlarının ölkəyə cəlb edilməsini nəzərdə tutduqlarını açıqlayıb. O, “Arman” qəzetində dərc etdirdiyi məqaləsində xaricdəki ikili vətəndaşlığa malik iranlıların ölkələrinə qayıtması üçün təşviq maddələri hazırlandığını bldirib: “İran Mülki Məcəlləsinin "İkili vətəndaş olan iranlıların ölkədəki malları müsadirə edilir” cümləsi olan 989-cu maddəsi dəyişilərsə, xaricdəki 8 milyon iranlının təxminən 4 milyonu ölkələrinə sərmayə qoymaq istəyər. Həmin qanun dəyişikliyi layihəsinə artıq 60 deputat imza atıb”. Qeyd edək ki, İran parlamentinin komissiya sədri Məhəmməd Rza Poribrahimi fevral ayında bildirmişdi ki, İrandan ölkə xaricinə 30 milyard dollar çıxarılıb.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Haiti prezidentinə qarşı uğursuz sui-qəsd cəhdi olub
18.10.2018
ABŞ nümayəndəsinin BMT-dəki çıxışı kubalı diplomatların sərt etirazına səbəb olub
17.10.2018
Soçidə Rusiya və Misir prezidentləri arasında danışıqlar aparılıb
17.10.2018
Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq
16.10.2018
Konsulluqda Camal Kaşıkçının qətlinə işarə edən dəlillər aşkarlanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info