Kənd təsərrüfatı istehsalçılarının gəliri artacaq
Tarix: 12.10.2018 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


“Ölkə başçısının nitqi növbəti ildə aqrar islahatların daha da dərinləşdirilməsinə imkan verəcək”

Kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzindədir. Ölkədə bu istiqamətdə tədbirlərin davam edəcəyini deyən Prezident İlham Əliyev bildirib ki, islahatlar nəticəsində kənd təsərrüfatının uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, düşünülmüş, sistemli qaydada, torpaqların münbitliyini nəzərə alaraq, əkin sahələrinin səmərəliliyini təmin edərək və ilk növbədə, məhsuldarlığı artıraraq biz mövcud olan torpaq fondumuzdan istifadə edərək istehsalı böyük dərəcədə artıra bilərik: “İri fermer təsərrüfatlarında, taxılçılıqda nəticələr çox yaxşıdır. Təqribən hektardan orta hesabla 50 sentner məhsul götürülür. İri fermer təsərrüfatlarında tətbiq olunan texnoloji prosesi də biz bütün təsərrüfatlara yaymalıyıq. Belə olan halda, biz mövcud əkin sahəsindən daha çox məhsul yığa bilərik. Bu il taxılçılıqda artım olub, 3 milyon ton taxıl tədarük edilibdir. Buğda yığımında məhsuldarlıq 30 sentnerə çatıb. Pis nəticə deyil. Amma hesab edirəm ki, daha da artmalıdır və artacaq”.

“Prezidentin apardığı aqrar islahatın ən mühüm nəticəsi insan potensialının hərəkətə gətirilməsi olacaq”


“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin şöbə müdiri, kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirlinin sözlərinə görə, ölkə başçısının müəyyənləşdirdiyi istiqamətlərdən biri də budur ki, istehsalçıların gəlirləri əkin sahələrinin genişləndirilməsi ilə yox, məhsuldarlığın yüksəldilməsi hesabına artmalıdır: “Prezident çıxışlarında vurğulayır ki, dünya təcrübəsinə müraciət etmək çox vacibdir və məlum olduğu kimi, aqrar sahədə uğurlu nəticələr qazanmış ölkələr intensiv metodlara daha çox istinad edirlər. Prezidentin apardığı aqrar islahatın ən mühüm nəticəsi insan potensialının hərəkətə gətirilməsi olacaq. İqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatında da yerli icma və kooperasiyalaşmanın genişləndirilməsi, özünüməşğulluq layihələrinin həyata keçirilməsi çox mühümdür. Regionun iqtisadi xüsusiyyətlərinə bələd olan əhali reallaşdırılan dövlət dəstəkli mexanizmlərdən yararlanmaqla öz təsərrüfatlarını inkişaf etdirməli, bazaryönümlü yeni ideyalar tapmalı, onun iqtisadi əsasını yaratmalıdırlar. Bir sözlə, hər şeyi dövlətdən gözləmək psixologiyasından imtina olunmalıdır. Göründüyü kimi, dövlətimizin başçısının proqram xarakterli nitqi növbəti ildə aqrar islahatların daha da dərinləşdirilməsinə, əldə olunmuş nəticələrin şaxələndirilməsinə imkan verəcək”.

Bölgələrdə taxıl səpini davam edir

Yevlax rayonunun təsərrüfatlarında payız-tarla işləri davam etdirilir. Rayonun taxılçıları gələn ilin məhsulunun əsasını qoyurlar. Yevlax rayon statistika idarəsinin məlumatına görə, rayon üzrə 8027 hektar sahədə payızlıq şum qaldırılıb. 470 hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər, o cümlədən 260 hektarda xəsil arpa, 210 hektarda dən üçün arpa səpilib. Bundan başqa dövriyyədə olan torpaqlardan səmərəli istifadənin nəticəsi olaraq cari ilin məhsulu üçün 139,9 hektar sahədə təkrar əkin aparılıb.
Ucar rayonunda payızlıq taxıl əkini kampaniyası çərçivəsində qısa vaxtda 1560 hektarda səpin aparılıb. Hazırda hər gün sahələrə 20-dək səpin aqreqatı çıxarılır. Daha çox taxıl əkiləcək Təzə Şilyan, Yuxarı Şilyan, Qaziyan, Qazıqumlaq, Şahlıq ərazi vahidlərində, habelə, ümumilikdə 6,5 min hektardan çox sahədə səpin aparılacağı nəzərdə tutulan 2 aqroparkda bu mühüm kampaniyaya daha mütəşəkkil başlanılıb. Qeyd edək ki, gələn ilin məhsulu üçün Ucarda 14 min 600 hektarda payızlıq taxıl səpini proqnozlaşdırılır. Bu rəqəm ötən ilki göstəricidən 2,5 min hektardan da çoxdur.
Bərdədə dənli bitkilərin səpininə başlanılıb. Rayonun fermerləri və torpaq mülkiyyətçiləri məhsul yığımını, həmçinin dənli bitkilərin səpinini davam etdirirlər. İndiyədək 46 min 941,3 ton buğda, 9171 ton arpa, 841 ton qarğıdalı, 493,7 ton günəbaxan istehsal olunub. Hazırda rayonda tərəvəz, şəkər çuğunduru və pambıq yığımı davam edir. Bərdə rayonunda dənli bitkilərin səpini ilə bağlı artıq 16 hektarda buğda, 85 hektarda arpa, 623 hektarda yaşıl yem üçün arpa səpilib.
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün taxıl səpininə başlanılıb. Kampaniyanın ilk günlərində rayonun Bolludərə, Qaratorpaq, Qayabaşı, Turan və Sarıca ərazilərində 150 hektar sahəyə buğda, 808 hektar sahəyə dən üçün arpa və 206 hektar sahəyə xəsillik arpa səpilib. Ümumiyyətlə, rayonda gələn ilin məhsulu üçün 67 min hektar sahədə taxıl səpini proqnozlaşdırılır. Payızlıq dənlilərin səpini üçün indiyədək 43,6 min hektar sahədə şum aparılıb, 14 min tona yaxın toxum fondu yaradılıb. Səpin zamanı, əsasən yerli toxumçuluq təsərrüfatlarının istehsal etdiyi yüksək reproduksiyalı buğda və arpa toxumundan istifadə olunur. Səpin kampaniyasına 200-dən çox şum traktoru, 105 toxumsəpən aqreqat, 400-dək traktor, qoşqu, mala və digər texnika cəlb edilib.
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı, həmçinin payızlıq əkinlər üçün şum və səpin işləri davam edir. Torpaq mülkiyyətçiləri bu günədək 52 min 160 ton taxıl, 275 ton dən üçün qarğıdalı, 6,8 ton günəbaxan istehsal ediblər. Torpaqdan səmərəli istifadə edən fermerlər 13 min 244 hektar sahədə şum qaldıraraq, 1474 hektar sahədə yaşıl yem üçün xəsil, 1055,2 hektarda təkrar əkin aparıblar.
Dövlət başçısının respublika əhalisinin ərzaq təhlükəsizliyini təmin etmək, eləcə də taxıl istehsalında yüksək məhsuldarlığa nail olmaq üçün verdiyi tapşırıq və tövsiyələr, bu istiqamətdə görülən işlər artıq öz bəhrəsini verir, bölgələrimizdə taxılçılığın genişləndirilməsi yüksək məhsuldarlığa nail olmağa imkan verir.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Azərbaycan baramaya olan tələbatı yerli istehsalla ödəyəcək
12.12.2018
Azərbaycan mülki aviasiya sahəsi üzrə Avropa və MDB-də ən yüksək nəticə əldə edib
12.12.2018
Mikayıl Cabbarov: 2019-cu ildə maarifləndirmə tədbirlərinin artırılmasına xüsusi önəm veriləcək
12.12.2018
Tələbələrə məşğulluq, iş, təcrübə imkanları təklif edən sərgi
12.12.2018
Mərkəzi Bank 500 avro nominallı pul nişanı ilə bağlı açıqlama yayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info