ADPU və Leninqrad universiteti birlikdə elmi kadrlar hazırlayacaq
Tarix: 12.10.2018 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) prorektoru, professor Asəf Zamanov və ibtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Yaqut Rzayeva Finlandiyada və Rusiyada səfərdə olublar.
ADPU-dan bildirilib ki, səfər çərçivəsində nümayəndələrimiz A.S.Puşkin adına Leninqrad Dövlət Universitetinin Vıborq filialının fəaliyyət istiqamətləri, həmçinin yeni texnologiyaların tədris prosesinə tətbiqi ilə tanış olublar. Universitetin rəhbərliyi ilə yüksəkixtisaslı elmi-pedaqoji kadrların, o cümlədən korreksiya pedaqogikası ixtisası üzrə kadr hazırlanması, konfrans və simpoziumların birgə təşkili məsələlərində razılıq əldə edilib.
Nümayəndələrimiz Finlandiyanın Saimaa Tətbiqi Elmlər Universitetinin təşkilatçılığı ilə Lappeenranta şəhərində keçirilən “Saimaa Calling” beynəlxalq həftəsində iştirak ediblər. Ümumilikdə 22 ölkədən 100-ə qədər mütəxəssisin iştirak etdiyi tədbirdə 25 mütəxəssisin, həmçinin Finlandiyanın elm, təhsil və mədəniyyət nazirinin onlayn məruzəsi dinlənilərək müzakirə olunub. Tədbirdə “Azərbaycanda müasir təhsil sisteminin modernləşdirilməsinin sosial-mədəni istiqamətləri” mövzusunda məruzə təqdim edilib.
Saimaa Tətbiqi Elmlər Universitetinin rektoru, professor Anneli Pirttila ilə görüşdə isə beynəlxalq layihələrdə birgə iştirak məsələləri müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti İsgəndəriyyə Kitabxanasında olub
20.02.2019
UNEC tələbələrinin məqaləsi SCOPUS-da
20.02.2019
Azərbaycan Dillər Universitetinin tələbələri Cocuq Mərcanlıda pedaqoji təcrübə keçirlər
20.02.2019
Azərbaycanlı tələbələr Moskvada layihələr təqdim edəcəklər
20.02.2019
Aİİ rektoru tələbələrlə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info