Söz azadlığından danışan müxalifət niyə Qurban Məmmədovun “səsini boğdu”?
Tarix: 12.10.2018 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


Müxalifət düşərgəsində kəskin çıxışları ilə seçilən Qurban Məmmədov son vaxtlar bəzi müxalifət nümayəndələrini daha aktiv və haqlı tənqid edəndən sonra ona qarşı sanki cəbhə açdılar. Əslində, Qurban Məmmədovun tikanlı sözlərinin müxalifətə ağır gəlməsi başadüşüləndir. Çünki bu günəcən müxalifət nümayəndələri hansısa tənqidə açıq olmayıblar, kimsə onların əməllərini ifşa edən kimi təhqirə və hücuma keçiblər... İndiki halda da bu, belədir. Qurban Məmmədova qarşı cəbhə açanların arqumenti budur ki, guya o verdiyi açıqlamaları, sosial şəbəkələrdə canlı yayımla təşkil etdiyi verilişləri, orada səsləndirilən ittihamları ilə müxalifətin birliyini pozur, nüfuzuna xələl gətirir. Maraqlıdır, söhbət hansı birlikdən gedir axı? Müxalifət hansı nüfuzdan danışır? Zatən müxalifətin xalq arasında nüfuzu qalmamışdı. Birlik məsələsinə gəldikdə isə, doğrudan da bu, məşhur bir lətifəyə bənzədi...
İndi Qurban Məmmədovun bostanına daha bir nəfər tərəfindən atılan daş müzakirə mövzusu olub. Məsələ burasındadır ki, üç gün öncə Amerikada oturub gecə-gündüz Azərbaycan haqqında neqativ məlumatlar paylaşan Sevinc Osmanqızının şikayəti əsasında Qurban Məmmədova məxsus “Azerifreedom” kanalının canlı yayımı durdurulub. Bundan hiddətlənən Qurban Məmmədov sosial şəbəkələr üzərindən qarşı tərəfə xəbərdarlıq ünvanlayıb. Xəbərdarlıq statusunda deyilir: “Sevinc Osmanqızına aşağıdakı məzmunda məktub yazdım. Sizlərdən xahiş edirəm bu statusumu paylaşın. Qoy xalq demokratiyadan, söz, mətbuat azadlığından dəm vuranların kimliyini görsün. Mənim haqqımda qarayaxma kampaniyasında iştirak edən Sevinc Osmanqızının bu hərəkətinə sizlərdən münasibət gözləyirəm. “Azerifreedom” kanalını yalnız siz xilas edə bilərsiniz. İstəyirsinizsə... Mən sizi şikayət etmədim, halbuki edə bilərdim və hələ də edə bilərəm. Məndən iznsiz şəklimi və səs yazımı, həm də natamam versiyada efirinizdə səsləndirmisiniz! Mən də sizin bu hərəkətinizə uyğun cavab vermişəm və mənim şəxsimə yönəlmiş bu, jurnalistika əxlaqına uymayan davranışınıza cavab vermişəm! Kanala etdiyiniz şikayəti geri götürməniz üçün sizə 3 saat vaxt verirəm, əgər bu gün canlı yayımı bərpa etməsələr və mən canlı yayımda olmasam, özünüzdən küsün!”. Bu status əslində 3 gün öncə yazılıb. Amma görünən odur ki, nə Qurban Məmmədovun müxalifət rəhbərləri haqqında yeni ifşaedici faktları səngiyən deyil, nə də ona qarşı açılan cəbhə dayanmayacaq.
Çox güman ki, ilin sonuna kimi yeni-yeni söz savaşları, ittihamların, səs yazıları və təhqirlərin şahidi olacağıq. Yeri gəlmişkən, sonda bir məqamı vurğulayaq ki, xaricdə formalaşan bir qrup müxalif gəncin də səsi batıb. Onlar bu mövzulara daha baş qoşmurlar, sanki hansı cəbhədə olduqlarını göstərməyə risk eləmirlər. Bu adamları hazırda maraqlandıran odur ki, hansısa küçədə asfalt örtüyü dağılıbsa onu şişirdələr, sosial şəbəkələrdə videodebatlar açıb, savadsız cümlələrlə Avropa “dəyərlərindən” danışıb, gənclərin beynini dolduralar... Amma artıq gənclər də ilin əvvəlində olduğu kimi, bu adamları aktiv şəkildə izləmirlər. İctimai fikrə zərrə qədər də təsir imkanı olmayan bu qrup, eləcə də, ənənəvi müxalifət nümayəndələrinin ucuz sosial problemlər, dava-qovğa üzərində qurulan fəaliyyəti getdikcə daha da gülünc hal alır. Passiv siyasi fəaliyyət isə öz yerində...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
İtaliya Senatının sədri Azərbaycana rəsmi səfərə gəlib
18.10.2018
Azərbaycanın müdafiə naziri çexiyalı həmkarı ilə görüşüb
17.10.2018
“OSA” zenit-raket komplekslərindən döyüş atışları yerinə yetirilib
17.10.2018
Senatorlar ABŞ-da yaşayan azərbaycanlıları təbrik ediblər
17.10.2018
Senatorlar Temmi Dakuort və Riçard Durbin ABŞ-da yaşayan azərbaycanlıları təbrik ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info