Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olunub
Tarix: 12.10.2018 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib. Dəmiryolçular öncə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın, Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin məzarlarını ziyarət ediblər.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, "Azərbaycan Dəmir Yollan" QSC-də keçirilən tədbirdə QSC-nin sədri Cavid Qurbanov tədbir iştirakçılarını dəmir yolu işçilərinin peşə bayramı günü münasibətilə təbrik edib. Sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşının ali dövlət mükafatları ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar oxundu.
Cavid Qurbanov çıxışına davam edərək bildirib ki, Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulub və inşası 20 yanvar 1880-ci ildə başa çatıb. Həmin yol uzunluğu cəmi 20 kilometr olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət idi. Həmin tarixi dövrdən başlayaraq dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə olaraq inkişaf edib və təkmilləşib.
Uzun müddət Zaqafqaziya dəmir yolunun tərkibində Bakı hissəsi kimi fəaliyyət göstərən Azərbaycan Dəmir Yolu 1955-ci il oktyabrın 3-də SSRİ Nazirlər Sovetinin 1773 saylı qərarı ilə SSRİ Yollar müstəqil dəmir yolu elan olunmuşdu. Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il 717 saylı qərarı ilə Azərbaycan dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirib. Möhtərəm Prezidentimiz İlham Əliyev dəmir yolu işçilərinin peşə bayramı gününü təsis edərkən məhz bu tarixi əsas götürüb, 2005-ci il oktyabrın 7-də "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" Sərəncam imzalayıb.
138 illik tarixə malik olan Azərbaycan polad magistralı çox əzəmətli fəaliyyət yolu keçib. İstər çar Rusiyası, istərsə də Sovet hakimiyyəti dövründə Azərbaycan dəmir yolu daima inkişafda olub və ümummilli lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində keçən əsrin 70-90-cı illərində öz tərəqqisinin zirvəsinə çatıb. 1969-2003-cü illəri Azərbaycan Dövlət Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı 14300 texniki yeniləşmə metodları tətbiq edilib və bunlar dəmir yolunun bütün sahələrini əhatə edib.
Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Azərbaycan dəmir yollarının inkişafı siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində aktiv iştirak edir.
Sonra bir qrup dəmiryolçuya yeni mənzillərin açarları, “Fəxrı dəmiryolçu” döş nişanı və bayram hədiyyələri, təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Doqquz ayda ictimai iaşə dövriyyəsi 6 faiz artıb
18.10.2018
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 27 il keçir
17.10.2018
Türkiyə mediası: “Star” neft emalı zavodu xaricdən asılılığı aradan qaldıracaq
17.10.2018
“APM Terminals” şirkəti “Petlim” konteyner limanını SOCAR-a təhvil verib
17.10.2018
Çində keçirilən Sammitdə Bakı Limanı barədə məlumat verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10266

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Vətən uzaqda deyil
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info