Bakı Media Mərkəzinin istehsal etdiyi veriliş beynəlxalq festivalda mükafat qazanıb
Tarix: 13.10.2018 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Bakı Media Mərkəzinin istehsalı olan “Oralar” verilişi Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Beynəlxalq Turizm Filmləri Festivalında “Televiziya verilişləri” nominasiyasında birinci yerə layiq görülüb.
Bakı Media Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Oralar” verilişi birinci yerin mükafatını yeni orijinal formatı və peşəkar təqdimatına görə qazanıb.
Zaqreb Festivalı Beynəlxalq Turizm Filmləri Festivalı Komitəsinin üzvüdür və bu sahədə ən nüfuzlu tədbirlərdən sayılır. Festival hər il Xorvatiya Prezidentinin himayəsi altında keçirilir. Bu il festivala 91 ölkədən 807 iş təqdim olunub.
Bakı Media Mərkəzinin istehsal etdiyi “Oralar” verilişi dünyanın ən məşhur şəhərlərindən bəhs edir. Həm əyləncəli, həm də maarifləndirici olan bu verilişin məqsədi dünya şəhərlərini seyr edib, onların görsənən və görsənməyən tərəflərini Azərbaycan tamaşaçısına təqdim etməkdir.
Layihəyə peşəkar komanda cəlb olunub və çəkilişlər ən müasir avadanlıqlarla aparılır. Yeni formatda olan “Oralar”ın üç aparıcısı var və onlar getdikləri şəhərlərə üç fərqli bucaqdan baxırlar.
“Oralar” verilişi hər bazar günü saat 12:15-də ATV kanalında yayımlanır. Tamaşaçılar verilişi, həmçinin “Oralar”ın “Facebook” səhifəsində və “Youtube” kanalında da izləyə bilirlər.
Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəz haqqında daha ətraflı məlumatı şirkətin www.bakumediacenter.az rəsmi internet saytından, “Facebook”, “Youtube”, “Linkedin”, “Instagram” və “Twitter” sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Mən aktrisa olmaq üçün dünyaya gəldim..
16.01.2019
Bir kitabın fəryadı
16.01.2019
Fransada Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyilə bağlı tədbirlər keçirilir
16.01.2019
Mədəniyyət siyasətinin daha effektiv şəkildə həyata keçirilməsi üçün bütün zəruri tədbirlər görüləcək
16.01.2019
Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info