Azərbaycan özünün inkişaf modeli ilə bütün dünyada böyük nüfuz qazanıb
Tarix: 13.10.2018 | Saat: 21:07:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizdə aparılan iqtisadi islahatları, həyata keçirilən strateji proqramları ətraflı təhlil etdi. Müşavirədə səslənən fikirlər bir daha göstərdi ki, dövlətimizin başçısının apardığı siyasət Azərbaycan xalqının maraqlarına, ölkəmizin iqtisadi təhlükəsizliyinin qorunmasına xidmət edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Ziyad Səmədzadə qeyd edib ki, qlobal dünyada baş verən risklərə baxmayaraq, ölkəmiz iqtisadiyyatını gücləndirir. Qeyri-neft sektoru yüksək templə inkişaf edir. Qeyri-neft sektorunun sənaye sahəsində üstünlük daha çoxdur. İxrac potensialımız artır, idxal və ixrac arasında nisbət optimallaşır, vergi, gömrük sahələrində şəffaflığın artırılması istiqamətində irimiqyaslı addımlar atılır. Ötən doqquz aya nəzər salsaq görərik ki, ölkə iqtisadiyyatının nailiyyət olmayan bir sahəsi yoxdur.
Komitə sədri vurğulayıb ki, Azərbaycan özünün inkişaf modeli ilə bütün dünyada böyük nüfuz qazanıb, ölkəmizin uğurları göz qabağındadır. Əldə edilən nəticələr 2018-ci ilin son üç ayının da çox uğurlu olacağını deməyə əsası verir. Bütün göstəricilərə görə 2018-ci il Azərbaycan üçün önəmli bir il olacaq.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info