Donald Tramp: ABŞ və Türkiyə əla münasibətlər qura bilərlər
Tarix: 14.10.2018 | Saat: 02:08:00 | E-mail | Çapa göndər



Amerikalı keşiş Endryu Bransonun azad olunmasından sonra Birləşmiş Ştatlar və Türkiyə əla münasibətlər qura bilərlər.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu şənbə günü Aş evdə Bransonla görüşdə ABŞ Prezidenti Donald Tramp söyləyib. “Biz indi Türkiyəyə tamamilə başqa cür yanaşırıq. Düşünürəm ki, bizim Türkiyəyə həqiqətən yaxın olmaq şansımız var”, - deyə ABŞ Prezidenti qeyd edib.
Donald Tramp görüşdəki çıxışında keşişin azad olunmasında göstərdiyi köməyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.
Xatırladaq ki, oktyabrın 12-də Türkiyənin İzmir şəhər məhkəməsi Endryu Bransona 3 il 1 ay 15 gün həbs cəzası verib və onu azadlığa buraxıb edib. Məhkəmə Bransonun nəzarətdə olduğu müddəti nəzərə alaraq onun üzərindən cəzanı, o cümlədən xaricə çıxmaq qadağasını götürüb. Keşiş elə həmin gün Türkiyəni tərk edib.
Bransonun işi ilə əlaqədar Vaşinqtonla Ankaranın münasibətləri xeyli gərginləşmişdi. ABŞ Prezidenti Donald Tramp Türkiyədən idxal edilən alüminium və poladın rüsumlarını artırmışdı. Ankara isə buna cavab olaraq Amerika istehsalı olan bir sıra məhsulların rüsumunu qaldırmışdı.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info