UEFA Millətlər Liqası: İtaliya millisi son dəqiqələrdə sevindi
Tarix: 15.10.2018 | Saat: 07:39:00 | E-mail | Çapa göndər



Oktyabrın 15-də UEFA Millətlər Liqasının dördüncü turu çərçivəsində növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, turun maraqla gözlənilən oyunu “A” liqasının 3-cü qrupunda Polşa və İtaliya yığmaları arasında baş tutub. Qarşılaşma oyunun favoriti sayılan beşqat dünya çempionu İtaliya millisinin hücumları ilə başlayıb. İtalyanlar ilk dəqiqələrdən rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, ilk hissədə hesab dəyişməyib.
Fasilədən sonra da oyunun ssenarisi eyni məcrada davam edib. Matçın taleyi isə hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə müəyyənləşib. Oyunun əsas vaxtına artırılmış 2-ci dəqiqədə Kevin Lasanyanın ötürməsini Kristian Biraqi dəqiq zərbə ilə tamamlayıb.
Beləliklə, görüş “Skuadra adzurra”nın minimal hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra xalların sayını 4-də çatdıran İtaliya millisi turnir cədvəlində ikinci yerini möhkəmlədib. Qrupa 6 xalla Portuqaliya seçməsi başçılıq edir, Polşa isə 1 xalla üçüncü yerdə qərarlaşıb.
Turun digər maraq doğuran oyunu “B” liqasının 2-ci qrupunda Rusiya ilə Türkiyə yığmaları arasında olub. Soçidə keçirilən matç meydan sahiblərinin 2:0 hesabı ilə qələbəsi ilə başa çatıb. Rusların heyətində Roman Noyştadter və Denis Çerışev fərqləniblər.
Azərbaycan milli komandası yer aldığı “D” liqasının 4-cü qrupunda isə Kosovo seçməsi Farer Adaları yığmasının qonağı olub və görüş 1:1 hesabı ilə başa çatıb.
“C” liqasının 1-ci qrupunda yer alan İsrail yığması qrupun autsayderi Albaniya seçməsini 2:0 hesabı ilə məğlub edib. Bu liqasının 4-cü qrupunda isə Monteneqro futbolçuları səfərdə Litva millisini böyük hesabla məğlub ediblər (4:1). Rumıniya - Serbiya oyununda isə hesab açılmayıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info