Valideynlər imtahanlara edilən dəyişikliklərlə bağlı məlumatlandırılıb
Tarix: 15.10.2018 | Saat: 12:19:00 | E-mail | Çapa göndər


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində IX və XI sinif şagirdlərinin buraxılış imtahanları ilə bağlı valideynlərlə görüşlər keçirilir. BŞTİ-dən bildiriblər ki, təhsil müəssisələrinin direktorları, müəllimlər və valideynlərin iştirakı ilə keçirilən görüşlərin əsas məqsədi buraxılış imtahanlarına dair dəyişikliklər barədə valideynlərə ətraflı məlumat vermək və məktəb-valideyn əlaqələrini daha da möhkəmləndirməkdir. Görüşlərdə 2018-2019-cu tədris ilində məktəbin perspektiv fəaliyyət istiqamətləri, ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramlarına dair təhsilalanların biliyinin yekun qiymətləndirilməsi qaydaları, buraxılış imtahanının I və II mərhələsində şagirdlərə təqdim olunan sualların həcmi və məzmunu barədə ətraflı məlumat verilir. Qeyd olunur ki, IX siniflər üzrə buraxılış imtahanları DİM tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili, riyaziyyat və ingilis dili olmaqla iki, XI siniflər üzrə buraxılış imtahanı isə eyni fənlər üzrə bir mərhələdə aparılacaq. I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanında əldə etdikləri nəticələrin də nəzərə alınacağı və qəbul imtahanlarından toplanılan balın üzərinə əlavə ediləcəyi nəzərə çatdırılıb. Qeyd olunub ki, abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal- 300+400=700 bal) əsasən, ali təhsil müəssisələrinə qəbul müsabiqəsində iştirak edəcəklər. Görüşlərdə, həmçinin valideynləri maraqlandıran suallar cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Pilot peşə təhsili müəssisələrinin tələbələri yay təcrübəsindədir
24.08.2019
Ağcabədili məzunlardan 446-sı tələbə adını qazanıb
23.08.2019
Abituriyentlərin nəzərinə
23.08.2019
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi bu gün başa çatır
22.08.2019
Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10871

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info