Tanınmış rus idmançısı Aleksand Ramaşkanı məğlub edən Rail Rəcəbov kimir?
Tarix: 15.10.2018 | Saat: 12:47:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycanda idmanın əksər növləri inkişaf etməkdədir. Ölkəmiz bölgədə beynəlxalq idman yarışlarının əsas mərkəzi çevrilməkdədir. İdmançılarımızın müxtəlif beynəlxalq arenalarda səsləri gəlir. Qürurvericidir ki, beynəlxalq idman arenalarında Azərbaycan bayrağı himnizimin sədaları altında ucalır. Hər bir idmançı istəyir ki ,bu anı yaşasın.
Bu gün Azərbaycanda inkişaf etməkdə olan idman növlərindən biri də kikboksinqdir. Dünyada kikboksinə maraq böyükdür. Azərbaycanda kikboksinqə maraq artır. Bunun səbəblərini daha çox idmansevərlər,idman ictimaiyyəti və ekpertləri dəyərləndirə bilər. Azərbaycan kikboksinqinin parlaq simalarından biri də,Rail Rəcəbovdur.

Rail Rəcəbov kimdir?

Oxucularımıza Rail Rəcəbovu yaxından təqdim etmək istəyirəm. 1997-ci ildən idmanla məşğul olan Rail Rəcəbov 1986-ci il 10 iyulda Bakı şəhərində anadan olub. 13 saylı orta məktəbi bitirib. 2004-2008-ci illərdə Təfəkkür Universitetində təhsil alıb. 2008-2009-ci illərdə vətən qarşısında xidmətini davam etdirib. Rail Rəcəbov “Rabitə” İdman Klubunda məşqlərini "əməkdar müəllim" Ceyhun Abbasovun rəhbərliyi altında davam etdirib. Rail Rəcəbov 5 peşəkar döyüş keçirərək, 3 qələbə qazanıb. İdmançı kimi kariyerasında 5 dəfə Azərbaycan çempionu olub. 2001-2004-cü illərdə gənclər arasında, 2007-ci ildə kişilər arasında titulu qazanıb. O, daxili çempionatlarla yanaşı beynəlxalq yarışlarda da vətənimizi təmsil edib. 2006-ci il “world profil” üzrə dünya çempionatının “lou” versiyasi üzrə ikincisi, muay-tai üzrə üçüncüsü olub. 2006-cı ilin oktyabrında WAKO üzrə Avropa çempionatında Makedoniyada üçüncü yerə çıxıb.
Ardınca 2007-ci ildə Heydər Əliyevin xatirəsinə həsr olunmuş peşəkar turnirdə tanınçı. rus döyüşçüsü Aleksandr Ramaşka üzərində qələbə qazanıb. Qələbə Rusiyada idman ictimaiyyəti arasında da böyük rezonansa səbəb olub. Daha sonra isə 2007-ci il Serbiyada WAKO üzrə dünya çempionatında ikinci yeri əldə edib. 2008-ci ildə peşəkarlar arasında Azərbaycan çempionu kəmərinin qalibi olub. Təəssüf ki,Rail idmanı tez buraxıb. Sevindirici hal oldur ki, dövlətimiz Rail Rəcənbovun əməyi kənarda qoymayıb. İdmanda fərqləndiyinə görə 2007-ci ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi "idman ustası" adına, 2012-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi "əməkdar idman ustası", 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Olimpiya Komitəsinin "fəxri fərman"ı mükafatı ilə təltif edilib. Rail Rəcəbov gənc olmasında baxmayaraq, bu idman növündə nəticələri deməyə əsas verir ki,bu gün gənc idmançılarımızın formalaşmasında əməyi ola bilər. Üstəlik,onun adı idman ictimaiyyətində həmişə hörmət və izzətlə çəkilir. Bu gün başqa sahədə çalışmasına baxmayaraq,idmançılarımızın nailiyyətlərini,döyüşlərini yaxından izləyir və mənən onlarla birgəd olduğunu nümayiş etdirir.

Elnur Eltürk




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info