“Hüquqazidd hərəkətlərə qarşı inamlı mübarizə aparılır”
Tarix: 15.10.2018 | Saat: 12:55:00 | E-mail | Çapa göndər


Sosial şəbəkələrdə məktəblərdən uşaqların oğurlanması, böyrəyinin çıxarılıb sonra uşağın küçəyə atılması ilə bağlı yayılan söz-söhbətlər ciddi müzakirəyə və təşvişə səbəb olub. Hətta uşaq oğurluğu və orqan alveriylə məşğul olduğu iddia edilən qadının fotosu yayılıb. İddialara görə, bir neçə gün öncə Qubada bir uşaq oğurlanaraq böyrəyi çıxarılıb. Vatsap qruplarında paylaşılan səs yazısında qeyd edilir ki, cinayətkarlar uşaqları oğurlayarkən polis geyimindən istifadə edirlər.
Bu müddət ərzində isə bir dənə də olsun fakt aşkarlanmayıb. İrəli sürülən iddialar söz-söhbətdən o yana keçmir. Yayılanların şayiə olmasına rəğmən valideynlər çox narahatdır. Bütün məktəblərdə, mobil tətbiqlərdə, hətta ictimai nəqliyyatda belə hamı bu hadisədən danışır, vatsap qruplarına atılan səs yazısını bir-birinə dinlədirlər. Səs yazısındakı mətn eyni olsa da, məktəblərin adı müxtəlifdir. Birində hadisənin Xırdalanda, birində Suraxanı məktəblərində, digərində isə Hövsanda baş verdiyinə dair əsassız ünvanlar səslənir.

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakıda və respublikanın şimal bölgəsində məktəbli uşaqların "orqan mafiyası” tərəfindən qaçırılması barədə yayılan məlumatlara münasibət bildirib. Nazirliyin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə deyib ki, sosial şəbəkələrdə və bir sıra xəbər saytlarında yayılan belə məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir. Bu cür məlumatların şayiə və dezinformasiyadan başqa bir şey olmadığını qeyd edən O.Mansurzadə iddia olunan yerlər də daxil olmaqla ümumiyyətlə respublikanın heç bir bölgəsində belə halların qeydə alınmadığını deyib: "Bu məsələ ilə bağlı polis orqanlarına hər hansı məlumat və müraciət daxil olmayıb, heç bir fakt qeydə alınmayıb. Biz dəfələrlə qeyd etmişik, ictimaiyyətə bildirmişik ki, vətəndaşlar qarşılaşdıqları, üzləşdikləri istənilən hüquq pozuntuları, cinayət xarakterli hadisələrlə bağlı Daxili İşlər Nazirliyinin "102-Zəng Mərkəzi” Xidmətinə məlumat versinlər və ya aidiyyəti üzrə polis orqanlarına müraciət etsinlər. Əhali arasında əsassız olaraq çaşqınlıq, qorxu atmosferi yaradılmasına xidmət edən təxribat xarakterli belə məlumatların bilərəkdən, müvafiq dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparılmadan yayılması, sosial şəbəkələrdə və bir sıra xəbər portallarında tirajlanması mövcud qanunvericiliyin tələblərinə görə yolverilməzdir və kütləvi informasiya azadlığından bu formada sui-istifadə müəyyən hüquqi məsuliyyət də doğurur”.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev də KIV-ə açıqlamasında mobil telefonlara vatsap proqramı vasitəsi ilə yayılan şəkil və səs yazılarının dezinformasiyadan başqa bir şey olmadığını deyib: "Yəni bir məlumat ki, öz təsdiqini tapmır, demək ki, həqiqəti əks etdirmir. Ümumiyyətlə, bu cür hadisələrə gərək insanlar da diqqətli və həssas yanaşsınlar. Bir nüansı xatırlatmaq istəyirəm. Hətta sosial şəbəkələrdə, guya bu uşaq oğrularının hansı cinsə (qadın) mənsub olması və milliyəti də (rus) qeyd olunub. Ən əsası ilə onların fotoşəkilləri də çəkilib. İndi siz təsəvvür edin ki, biz azərbaycanlı olaraq, bir xalq olaraq, irsən bizə keçən mental dəyərlərimiz, qeyrətimiz, uşaqlara qarşı sevgimiz bu qədər olan yerdə kimsə gəlib məktəbin qabağından uşağı oğurlayacaq və ona kimsə müdaxilə etməyəcək, hətta onun şəklini çəkəcək ki, sosial şəbəkədə paylaşsın və "diqqətli olun" yazsın. Yəni şəklini çəkməkdənsə, onun özünü zərərsizləşdirər. Ona görə bu cür məlumatlar təxribat xarakteri daşıyır, bunu edənlər bilməlidirlər ki, onlar buna görə məsuliyyət daşıyırlar. Təbii ki, hüquq-mühafizə orqanı tərəfindən ölkədə təhlükəsizliyin qorunması daim təmin edilir və hüquqazidd hərəkətlərə qarşı inamlı mübarizə aparılır”.

E.Nurəliyevin sözlərinə görə, məktəbdən kənarda uşaqların hərəkətlərinə, davranışlarına və təhlükəsizliyinə görə məktəb cavabdehlik daşımır: "Onun üçün valideynlər uşaqları məktəbə yola salanda, yaxud götürəndə diqqətli olmalı, uşaqlara lazımi məlumatları verməli, küçədə özünü necə aparmalı, yolu keçərkən nə etməli, ona kənar şəxs yaxınlaşarsa nə etmək lazım olduğunu öyrətməlidir. Müəyyən yaşa qədər olan siniflərdə oxuyanlar üçün əgər bir həyətdən 4-5 ailədən uşaq eyni məktəbə gedirsə, hər gün biri növbə ilə apara bilər. İnsanlar əgər bu cür hadisələr ilə qarşılaşarsa DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə məlumat verməklə vətəndaşlıq borcunu yerinə yetirmiş olarlar”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Bakının Baş planı nə vaxt hazır olacaq?
18.04.2019
“Gənclər mənəvi irsimizin təbliğində fəallıq nümayiş etdirirlər”
17.04.2019
Masallıda Nəsimiyə həsr olunan tədbir keçirilib
16.04.2019
Mübariz İbrahimovun ev muzeyini ziyarət
15.04.2019
Masallıda şagirdlər arasında “İnşa- yazı” müsabiqəsi

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info