UNEC ABŞ-ın Linkoln Universitetilə ikili diplom proqramına başlayır
Tarix: 15.10.2018 | Saat: 13:01:00 | E-mail | Çapa göndər


Tədrisin keyfiyyətinin artırılması istiqamətində UNEC-də həyata keçirilən islahatlardan biri də nüfuzlu xarici universitetlərdə ikili diplom proqramlarına üstünlük verilməsidir. Artıq UNEC tələbələrinin 4 il təhsil müddəti ərzində UNEC diplomu ilə bərabər, Fransanın Montpellier, London Universiteti - London İqtisadiyyat Məktəbinin, İsveçin UBİS, Litvanın Mikolos Romeyris universitetlərinin də diplomlarını alması reallıqdır.
UNEC bu istiqamətdə yeni uğura imza atıb. Belə ki, bir ildən çox müddətdə aparılan danışıqların nəticəsi olaraq 12 oktyabrda İstanbulda UNEC rektoru professor Ə.Muradov və Linkoln Universitetinin rektoru, professor M.Brodsky tərəfindən ABŞ-ın Linkoln Universiteti ilə UNEC arasında ikili diplom proqramına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, UNEC tələbələri öz seçimlərinə uyğun olaraq, 1 və ya 2 il ABŞ-da oxumaqla, yaxud ABŞ-dan gələn professorların tədris etdiyi 9-12 fənni Bakıda UNEC-də dinləyib uğurla imtahan verdikdən sonra UNEC diplomu ilə yanaşı, həm də ABŞ Linkoln Universitetinin diplomunu əldə edə biləcəklər. Müqavilənin üstünlüyü həm də ondadır ki, ikili diplom proqramından həm bakalavr, həm də magistrlar bəhrələnə biləcək.
Linkoln Universiteti 1919-cu ildə yaradılıb. “San Francisco Business Times” reytinginə əsasən, University of Californiya, Berkeley/Haas School of Business və Stanford Graduate School of Business-dən sonra “MBA Proqrams in the Greater Bay Area” da ən yaxşı MBA təhsili verən universitetdir. Məlumat üçün bildiririk ki, Ümummilli Lider Heydər Əliyev Linkoln Universitetinin fəxri doktorudur.

Anar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Bilik Fondu Brayl üsulu ilə hekayələr kitabı nəşr etdirib
13.11.2018
BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub
13.11.2018
ASCO-nun əməkdaşları “World Maritime University”də magistr təhsillərini başa vurublar
13.11.2018
Azərbaycan İlahiyyat İnstitutunda Konstitutsiya Günü qeyd edilib
12.11.2018
Aİİ-də psixoloqla görüş keçirlib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info