AzTU ilə Çexiya universitetləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Tarix: 15.10.2018 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov Çexiyanın Liberek Texniki Universitetinin maşınqayırma fakültəsinin beynəlxalq əlaqələr üzrə dekan müavini Karel Frana ilə görüşüb. Görüşdə AzTU ilə Liberek Texniki Universiteti arasındakı mövcud əlaqələrə diqqət çəkən professor Sübhan Namazov bildirib ki, indiyə kimi tələbə-müəllim mübadiləsi çərçivəsində həyata keçirilən əməkdaşlığı digər sferalara, o, cümlədən beynəlxalq layihələrdə birgə iştirak və ikili diplom müqavilələrinin imzalanması pilləsinə daşımaq mümkündür. AzTU-da bu il yaradılan ingilis və alman dilli qruplar haqqında qonağa ətraflı məlumat verən prorektor qeyd edib ki, gələcəkdə Liberik Texniki Universitetinin tələbələri də bu qruplarda təhsil ala bilərlər. AzTU ilə əməkdaşlıqdan məmnunluğunu bildirən Karel Frana ölkəsinin universitetləri ilə Azərbaycanın ali məktəblərinin tarixi əlaqələrini yada salaraq keçmişdə qalan bu əməkdaşlığın qarşıda böyük perspektivlər yaradacağına əmin olduğunu deyib. Qonaq AzTU-nun maşınqayırma fakültəsi ilə mövcud əlaqələrə diqqət çəkərək universitetlər arasında yaradılacaq əməkdaşlığın faydalı olacağını qeyd edib. Görüşdə NƏCƏF, ERASMUS + təhsil layihələrində birgə iştirak, Liberek Texniki Universitetinin vasitəçiliyi ilə Çexiyanın digər universitetləri ilə əməkdaşlıq, həmçinin AzTU tələbələrinin Çexiya dövləti tərəfindən elan edilən təqaüd proqramlarından istifadə məsələləri də müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
18.01.2019
Tarix İnstitutu 20 Yanvar faciəsi ilə bağlı konfrans keçirib
18.01.2019
Təxirə salınan dərs günləri məktəblilərin tətil günlərindən çıxılmayacaq
18.01.2019
Altı günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da dərslər keçiriləcək
18.01.2019
Alimlər Yeri asteroidlərdən qoruyan peyk sistemi yaratmağı təklif ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info