İİTKM ilə “BP Azərbaycan“ arasında anlaşma memorandumu imzalanıb
Tarix: 15.10.2018 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və "BP Azərbaycan" şirkəti arasında ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verilməsi məqsədilə qarşılıqlı anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu İİTKM-in icraçı direktoru Vüsal Qasımlı və "BP Azərbaycan"ın xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıb.
Memorandum ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına töhfə vermək, dövlət-özəl sektorun inkişaf potensialını gücləndirmək, sosial və dayanıqlı inkişaf üzrə məqsədlərə nail olmaq üçün qarşılıqlı birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı anlaşma memorandumunun əhəmiyyətindən danışaraq bildirib ki, bu əməkdaşlıqda əsas məqsəd Prezident İlham Əliyevin "qara qızılın insan kapitalına çevrilməsi" ideyasına xidmət etməkdir: "BP ölkəmizin uzunmüddətli tərəfdaşı kimi təkcə neft strategiyasının həyata keçirilməsində deyil, həm də postneft dövrünün quruculuğunda iştirak edir. Bu baxımdan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin BP ilə əməkdaşlığı qeyri-neft sektorunun inkişafına "Azexport.az", "Rəqəmsal Ticarət Qovşağı", "EnterpriseAzerbaijan.com" və Bir Pəncərə İxraca Dəstək Mərkəzi vasitəsilə daha çox töhfə verməsinə zəmindir. Yeni qurum kimi İİTKM-in institusional inkişafında, innovativ yanaşma və beynəlxalq təcrübənin tətbiqində BP ilə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur".
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə qeyd edib ki, BP şirkəti Azərbaycanda fəaliyyət göstərdiyi illər ərzində iqtisadiyyatın güclənməsinə və böyüməsinə, dünyanın digər ölkələri ilə yeni kommersiya əlaqələrinin qurulmasına, ən əsası Azərbaycanın dünyanın böyük enerji təchizatçılarından biri kimi öz rolunu qoruyub saxlamasına və Avropa ilə daha səmərəli enerji əlaqələrinin qurmasına yardım etməklə ölkənin gələcək inkişafına öz töhfəsini verib: "Bugünkü memorandumun imzalanması bizim gələcəkdə dəyərli əməkdaşlıq qurmaq istəyimizin bariz nümunəsidir. Azərbaycanın layiqli korporativ vətəndaşı kimi BP həmişə ölkədə iqtisadiyyatın və biznesin inkişafına və diversifikasiyasına dəstək vermək öhdəliyinə sadiq olub. Biz daim cəmiyyətə müsbət təsir göstərməyin yollarını axtarırıq və fəaliyyət göstərdiyimiz icmalarla dayanıqlı və müsbət əlaqələr qurmağa çalışırıq".
Qeyd edək ki, memorandumun imzalanmasında öncə "BP Azərbaycan"ın nümayəndə heyəti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi ilə tanış olub. Daha sonra onlara "Azexport" portalı, Rəqəmsal Ticarət Qovşağı, www.enterpriseazerbaijan.com portalı barədə geniş məlumatlar təqdim edilib.
"BP Azərbaycan" şirkətinin nümayəndələri bildiriblər ki, Azərbaycanın regionda əsas iqtisadi güc mərkəzinə çevrilməsi iqtisadi islahatların həyata keçirilməsi sahəsində atılan strateji addımların nəticəsində mümkün olub.




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
4 ölkə OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinə üzv seçilib
18.03.2019
“Azərxalça”nın Goranboy və Tərtər filiallarında ilk xalçalar kəsilib
18.03.2019
Enterprise Azerbaijanın növbəti startap təlimi Azərbaycan Universitetində keçirilib
18.03.2019
Binədə 2 küçə təmir edilib
18.03.2019
İnam Kərimov: “Qarşımıza qoyulan vəzifə məhsuldarlığın artırılmasına nail olmaqdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info