Azərbaycan İlahiyyat İnstitutunda Dünya Psixi Sağlamlıq Günü qeyd edilib
Tarix: 15.10.2018 | Saat: 15:16:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Dünya Psixi Sağlamlıq Gününə həsr olunan “dəyirmi masa” təşkil edilib. Bu barədə institutdan məlumat verilib. Tədbirdə Aİİ-nin rektoru Ceyhun Məmmədov rəhbərlik etdiyi ali təhsil ocağının yaradılma məqsədindən, hədəflərindən danışıb, institutda mütəmadi olaraq müxtəlif mövzularda seminarların keçirildiyini və bu kimi tədbirlərin artıq ənənə halı aldığını bildirib. Tədbirin mövzusunun aktuallığını vurğulayan rektor inancın insan mənəviyyatında xüsusi rola malik olduğunu deyib. Sonra Aİİ-nin əməkdaşı Şəms Bağırova Dünya Psixi Sağlamlıq Gününün mahiyyəti ilə bağlı təqdimatla çıxış edib. Daha sonra Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “İnanc və cəmiyyətin mənəvi həyatında rolu”, “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin əməkdaşı, psixoloq İlqar Kərimovun “Əhalinin fərdi inkişafında psixologiya və teologiyanın rolu”, “Etnoqlobus” mərkəzinin direktoru, psixoloq Gülnarə İnancın “Ruh sağlamlığı maddi fiziki dünyamızın sağlamlığının əsasıdır”, Xəzər Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqubun “Psixi sağlamlıq nədir?” mövzularında məruzələri dinlənilib. Sonda mövzu ətrafında müzakirələr aparılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Rezidentura təhsilində ixtisasların sayı artırılıb, bəzilərinin adı dəyişdirilib
19.03.2019
ADNSU-nun “DOST xonçası” 85 yaşlı Anna Sokolovaya təqdim edilib
19.03.2019
Akademik Telman Əliyev: “UNEC-də son 5 ildə yüksək inkişaf dinamikasını müşahidə edirik”
19.03.2019
Azərbaycanda ilk dəfə “Elm günü” qeyd olunacaq
18.03.2019
Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info