“Mirzə Ələkbər Sabir virtual muzeyi” ingilis və rus dillərində
Tarix: 15.10.2018 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


Beynəlxalq Mətbuat Mərkəzində Mirzə Ələkbər Sabir Fondu tərəfindən Azərbaycan dilində fəaliyyət göstərən “Mirzə Ələkbər Sabir virtual muzeyi”nin ingilis və rus dillərində təqdimatı keçirildi. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşən layihəyə həsr olunmuş tədbirdə tanınmış elm, incəsənət və ədəbiyyat nümayəndələri, QHT rəhbərləri, jurnalistlər, gənclər iştirak etdilər.
Tədbiri açan teleaparıcı Azər Süleymanlı Sabirin yaradıcılığının, onun tərəqqi dolu ideyalarının təbliğ olunması, ölkə sərhədlərindən kənarda da tanınması üçün layihənin əhəmiyyətini vurğuladı.
Fondun prezidenti Sabir Tahirli şairin həyat və yaradıcılığını əks etdirən çoxsaylı məlumatların şəxsi kolleksiyalarda, müxtəlif arxivlərdə, muzeylərdə, kitabxanaların nəzdində sistemləşdirilmədən yer almasının bu məlumatları əldə etmək istəyənlər üçün böyük problemlər yaratdığını söylədi. Qeyd etdi ki, müxtəlif mənbələrdə pərakəndə halda yer alan verbal, video, audio, unikal foto materiallardan ibarət geniş və dəqiqləşdirilmiş vahid məlumat bazasının hazırlanaraq Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində də təqdim olunması Sabir virtual muzeyinin ölkə hüdudlarından kənarda beynəlxalq müstəvidə araşdırmaçılar, sabirsevərlər, ümumiyyətlə geniş oxucu kütləsinin əlverişli və rahat bir şəkildə istifadəsinə imkan yaradacaq. Layihə şairin yaradıcılığının beynəlxalq aləmdə tanınmasına, eyni zamanda ölkəmizin təbliğinə gözəl vasitə olacaq.
Sonra saytın ingilis və rus dillərində təqdimatı oldu. Təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əjdər Ol, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov, Milli QHT Forumun prezidenti Rauf Zeyni, jurnalist Aida Eyvazova və başqaları çıxış edərək layihə barədə fikirlərini bölüşdü və onun əhəmiyyətindən danışdılar.
Tədbirə, həmçinin Rusiya və Almaniyada yaşayan diaspor fəallarımız Səadət Qarayeva və Naibə Hacıyeva da “Skype” vasitəsilə qoşularaq layihənin əhəmiyyətini vurğuladı və virtual muzeyin digər dillərə də tərcüməsinin vacibliyini qeyd etdilər

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info