ADPU Avropanın EQAC layihəsində aktiv iştirak edir
Tarix: 15.10.2018 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əməkdaşları Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycan universitetlərində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) layihəsi çərçivəsində təşkil olunmuş növbəti görüşdə iştirak ediblər. Tədbirdə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, universitet üzrə layihənin meneceri, fizika elmləri üzrə fəlsəfə doktoru Lətif Kəngərlinski, Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov, Tədqiqat və inkişaf şöbəsinin mütəxəssisi Xəyyam Cəfərzadə və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Günay Məhərrəmova iştirak ediblər.
Avropa Komissiyası tərəfindən maliyyələşdirilən EQAC layihəsi çərçivəsində koordinator universitetdə keçirilmiş görüşün məqsədi Avropa ekspertləri tərəfindən layihənin Azərbaycan üzrə tərəfdaş olan ali məktəblərin hazırladıqları ehtiyacların qiymətləndirilməsi haqqında hesabatlarının təhlili, nəticələrin, universitetlərdə keyfiyyətin təminatı ilə bağlı cari vəziyyətin, yekun hesabatların hazırlanmasının və s. müzakirəsi olub.
Avropanın 5 universitetinin, o cümlədən İspaniyanın Alikante Universitetinin, İngiltərənin Middlesex Universitetinin, Litvanın SMK Tətbiqi Elmlər Universitetinin və EKT Akkreditasiya Təşkilatının, İsveçin Kral Texnologiya İnstitutunun (KTH) və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycanın 11 tərəfdaş universitetinin nümayəndələrinin iştirakı ilə layihə haqqında geniş məlumatlandırma günü də keçirilib. Tədbirdə EQAC layihəsi haqqında ətraflı məlumat verilib, həmçinin Avropa ekspertlərinin iştirakı ilə Azərbaycan ali təhsil müəssisələrinin Avropa Komissiyası tərəfindən maliyyələşdirilən qrant proqramlarında iştirakı ilə bağlı problemlər və onların həlli yolları müzakirə olunub, tövsiyələr verilib.
Görüş çərçivəsində Avropa universitetlərinin nümayəndələri Azərbaycan universitetlərinin nümayəndələri ilə müsahibələr aparıblar. İspaniyanın Alikante Universitetinin keyfiyyət üzrə mütəxəssisi Denise Galvin tərəfindən verilən sualları ADPU-nun yuxarıda adları qeyd olunan əməkdaşları ilə yanaşı, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, İqtisadi coğrafiya və coğrafiyanın tədrisi metodikası kafedrasının müəllimi Səmayə Həsənova, “Coğrafiya müəllimliyi” ixtisası üzrə məzun Nuranə Məmmədova və IV tədris ili tələbəsi Nərmin Hacılı cavablandırıblar. Suallar əsasən tələbələrlə iş, məmnuniyyətin artırılması istiqamətində görülən işlər, bu sahədə Keyfiyyətin təminatı şöbəsinin rolu, müştəri yönümlülük, bütün maraqlı tərəflərin prosesə cəlb olunması, Avropa ali təhsil məkanında keyfiyyətin təminatı ilə bağlı standartlar və qaydalara əsaslanmanın vacibliyi və s. kimi mövzuları əhatə edib.
Görüşdə yaxın aylarda layihə üzrə həyata keçiriləcək fəaliyyət, xarici səfərlər, ali məktəblərin görəcəkləri işlərlə bağlı söhbət aparılıb. Bununla yanaşı, Avropa ali təhsil məkanında keyfiyyətin təminatı üzrə standartlar və təlimatlara (ESG) əsaslanan tapşırıqlar verilib, qruplarla iş aparılıb, müvafiq bəndlər üzrə hazırlanmış təqdimatlar birgə müzakirə olunub.
Təbirin sonunda 25-28 iyun 2018-ci il tarixlərində Bakı Biznes Universitetində Litva EKT Akkreditasiya təşkilatının iki eksperti tərəfindən “Ali məktəblərdə Keyfiyyətin Təminatı Sisteminin yaradılması və inkişaf etdirilməsi” mövzusunda keçirilmiş 32 akademik saatlıq beynəlxalq təlimdə uğurlu iştiraka görə müvafiq sertifikatlar təqdim edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
18.01.2019
Tarix İnstitutu 20 Yanvar faciəsi ilə bağlı konfrans keçirib
18.01.2019
Təxirə salınan dərs günləri məktəblilərin tətil günlərindən çıxılmayacaq
18.01.2019
Altı günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da dərslər keçiriləcək
18.01.2019
Alimlər Yeri asteroidlərdən qoruyan peyk sistemi yaratmağı təklif ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info