Azərbaycan vətəndaşlarının xarici ölkələrə viza almaq prosesi sadələşdiriləcək
Tarix: 15.10.2018 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Azərbaycan vətəndaşlarının xarici ölkələrə viza almaq prosesi sadələşdiriləcək. Artıq bir neçə Avropa İttifaqı (Aİ) ölkəsi və Aİ üzvü olmayan digər bir sıra ölkələrlə bu barədə razılıq əldə olunub. Bunu jurnalistlərə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib. F.Cəfərov bildirib ki, “ASAN viza” 2016-cı ildə Prezidentin fərmanı ilə yaradılıb: “İlkin dövrdə konsepsiya ondan ibarət idi ki, sadəcə xarici turistlər elektron portal üzərindən viza üçün müraciət edirlər və 3 iş günü ərzində onlara viza təqdim olunur. Daha sonra bu müddət 3 saata endirildi. 2018-ci ilin may ayının 15-dən etibarən isə artıq Azərbaycanın beynəlxalq hava limanlarında da viza terminalları vasitəsilə viza əldə etmək olar və 3 gün, 3 saat yox, 2 dəqiqədən aşağı bir müddətdə 15 ölkənin vətəndaşlarına viza verilir. Biz bu konsepsiyanı daha da inkişaf etdirirk və Azərbaycan vətəndaşlarının da xarici ölkələrə viza almaq prosesini asanlaşdırmaq istiqamətində iş aparırıq”. Mərkəz direktoru bildirib ki, bu gün Azərbaycan vətəndaşları xarici ölkələrə viza almaq üçün səfirliklərə getməlidirlər, pasportlarını və digər sənədləri təqdim etməlidirlər: “Bu proses uzun çəkir. Biz düşünürük ki, artıq dünyada unikal olan yeni bir modelə keçək. Artıq vətəndaşlarımız elektron hökumət portalına daxil olsun və sadəcə getmək istədikləri ölkənin adını seçsinlər və bununla da onların işi tamamlansın və bundan sonra elektron hökumət portalının işi başlasın, lazım olan məlumatları elektron hökumət infrastrukturu üzərindən “Elektron Hökumətin İnkişafı Mərkəzi” səfirliklərə təqdim edəcək”.
Mərkəzin rəhbəri qeyd edib ki, bunun həyata keçirilməsi üçün bir neçə formatlar üzərində iş aparılır: “Bu, ya birbaşa konsulluqlara, ya vasitəçi şirkətlərə inteqrasiya olunma modeli ola bilər. Bununla bağlı biz əksər səfirliklərlə görüşmüşük, fikir mübadiləsi aparmışıq. Fərqli formatlar üzərində fikirləşirik ki, həm Azərbaycanın, həm qarşı tərəfin qanunvericiliyinə tam uyğun olsun. Artıq bir neçə Aİ ölkəsi və Aİ üzvü olmayan digər bir sıra ölkələrlə bu barədə razılıq əldə olunub və bu modelin tətbiq olunması istiqamətində iş aparılır”.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info