“CinemaPlus”da “Qış nağılı” filmində rol almış türk məşhurları ilə görüş
Tarix: 15.10.2018 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


“CinemaPlus Gənclik Mall” kinoteatrında məşhur türk müğənnisi Xəlil Sezai və aktrisa Muqe Boz, həmçinin, “Qış Nağılı” filmində oynamış azərbaycanlı müğənni və aktyorların iştirakı ilə mətbuat konfransı keçirilmişdir. “Qış nağılı” filmi Cinemazadeh şirkətinin 2018-ci ildə ən böyük layihəsidir. Filmin baş prodüseri, ideya müəllifi və quruluşçu-rejissoru Cəfər Axundzadədir. Ssenarini Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə yazmışdır. Quruluşçu-operator Rauf Qurbanəliyev və Orxan Məmmədov, səs rejissoru – Orxan Ağalarov, quruluşçu-rəssam – Zaur Abdullayev, geyimlər üzrə rəssam – Mehriban Əfəndi, qrim üzrə rəssam – Aytən Hüseynzadə, ikinci rejissor – Vüsal Hacıqədir, Post-prodakşn supervayzer – Vüqar İslamzadə, vizual effektlər üzrə dizayner – Rəşad Əfəndiyev. Müsiqili direktor – Aynur Axundzadə, saundtrekin bəstəkarı Elvin Novruzov (L`veen), icraçı prodüsser – Emil Davudzadə, marketinq direktor – Zaur Darabzadə.
Filmdə çoxlu sayda məşhurlar iştirak etmişdir. Demək olar ki, filmdə baş qəhrəman yoxdur.
Qeyd edək ki, film Yeni il gecəsi bir oteldə baş verən bir neçə hekayədən ibarətdir. Qəhrəmanlar da həmin hekayələr üzrə qruplaşıb. Neçə ildir nişanlana bilməyən, nəhayət, Yeni il günü nişan etmək istəyən cütlüyün hekayəsinin qəhrəmanlarını Elcan Rəsulov, Oksana Rəsulova, Səidə Quliyeva, Sənubər İsgəndərli, Oqtay Əliyev, Asya Abdullayeva canlandırır. Nişanda iştirak etmək üçün otelə gələn dostlar hekayəsinin baş qəhrəmanları isə Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Rövşən Məmmədli, Samirə Əfəndiyeva, Dilarə Kazımovadır. Ailəsinə öz hesabına böyük otel otağı kirayə götürən imkanlı şəxslə, radioda bilet udaraq Yeni ili qeyd etməyə gələn cütlüklərin hekayəsində baş qəhrəmanların rolunda Murad Dadaşov, Günel Məmmədova, Məcid Hüseynov və Şəlalə Şahvələdqızı çıxış edir. Sevgilisinə özünü sübut etmək istəyən gəncin hekayəsində qəhrəmanları isə İslam Mehrəliyev, Kəmalə Piriyeva, Nofəl Şahmaroğlu və Ceyhun Zeynalovdur. Yeni il şousu üçün isə otelə Türkiyədən tanınmış müğənni Halil Sezai və aktrisa Müge Boz dəvət olunub. Otelin heyətini Əbdül Mahmudov, Elməddin Cəfərov, Aqil M. Quliyev, Samir Ələsgərov, Zülfiyyə Qurbanova, Erkin Ergin, Elvin İbra, Vüsal Hacıqədir canlandırır. Həmçin İlkin Həsəni, Tural Əsədov kimi ulduzlar rol alıb.

Dilarə Zamanova





 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Xaricdə Azərbaycan mədəniyyətini təbliğ edən şairəmizin kitabı nəşr olunub
23.04.2019
Özbəkistanda keçirilən “Ənənəvi təsviri incəsənət festivalı“nda Azərbaycan milli stendi təqdim olunub
23.04.2019
Musiqili Teatrda həftəsonu üç tamaşa göstəriləcək
23.04.2019
Timur Əsgərov “Cəvahirat” baletində çıxış edəcək
22.04.2019
Yaxşı ki bunları görmədi Nəsimi!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info