Sumqayıt Kimya Sənaye Parkında ilin sonunadək 2 mindən çox yeni iş yeri yaradılacaq
Tarix: 15.10.2018 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


Oktyabrın 15-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin inzibati binasının konfrans zalında keçirilən Şura iclasında 2018-ci ilin doqquz ayında şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, iclasda Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov hesabat dövrünün şəhər üçün uğurlu olduğunu bildirib. Qeyd olunub ki, həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsi olaraq Sumqayıt şəhərində əhəmiyyətli irəliləyişlər əldə edilib. Daxili məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz və ya 400 milyon manat artaraq, 1 milyard 500 milyon manatdan çox olub.
Hesabat məruzəsi ilə çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Sahib Quliyev bildirib ki, sənaye müəssisələrində 935 milyon manatlıq məhsul istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 120 faiz təşkil edir. Sumqayıt Kimya Sənaye Parkında hazırda fəaliyyətdə olan müəssisələrin sayı 8-ə çatıb. İlin sonuna qədər istehsal prosesinə başlayacaq daha 6 müəssisədə 2 mindən çox yeni iş yerinin yaradılacağı nəzərdə tutulur. Hazırda 17 rezidenti olan, istehsalat və tikintidə 8 minədək işçinin çalışdığı parka 2,7 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması planlaşdırılır.
Qeyd edilib ki, bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 340 milyon manat olub. Bu da əvvəlki ilin göstəricisinə nisbətən 3 dəfə və ya 225 milyon manat artım deməkdir. Məşğulluq Mərkəzi tərəfindən 4208 nəfər iş axtaran kimi qeydiyyata alınıb, 2294 nəfər işlə təmin olunub, 66 nəfərə işsizlik müavinəti təyin edilib, 70 nəfər isə peşə kurslarına cəlb edilib.

Məruzədə bildirilib ki, Sumqayıt şəhərinin 12-ci mikrorayonunda məskunlaşmış 936 məcburi köçkün ailəsinin, həmçinin “Stansiya Sumqayıt” yaşayış massivi yaxınlığında məskunlaşmış 1000 ailənin köçürülməsi üçün Prezident İlham Əliyevin tapşırığı və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə yeni yaşayış binaları inşa edilir.

İqtisadiyyatın bütün sahələrində olduğu kimi, şəhər təsərrüfatının da günün tələbləri səviyyəsində inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür. Qeyd olunub ki, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, şəhərdaxili yolların, küçələrin, eləcə də məhəllədaxili ərazilərin asfaltlanması işləri mərhələli şəkildə davam etdirilir. 170 ədəd sərnişin avtobusu gətirilərək marşrut xətlərinə buraxılıb. Müasir tipli yeni dayanacaqlar quraşdırılır.

Məruzədə bildirilib ki, istismar müddəti ötmüş 105 ədəd lift dəyişdirilərək elektron tipli liftlərlə əvəz olunub, 18 liftdə əsaslı, 54 liftdə cari təmir işləri aparılıb. 2, 3, 17, 18-ci mikrorayonlarda, 45-ci məhəllədə 82 ədəd lift “onlayn” rejimdə işləyən intellektual idarəetmə sisteminə - Mərkəzləşdirilmiş Dispetçer xidmətinə qoşulub. Hazırda digər liftlərin də bu xidmətə qoşulması istiqamətində iş aparılır.
Hesabat dövründə şəhərin təhsil, səhiyyə, mədəniyyət müəssisələrində maddi-texniki bazanın möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin, əhaliyə tibbi xidmətin yüksəldilməsi məsələləri daim diqqət mərkəzində saxlanılıb. Vaxtilə şəhərin ən böyük mədəniyyət obyektlərindən olan “Nizami” kinoteatrında əsaslı təmir işlərinə başlanılıb.
Məruzə ətrafında çıxış edənlər görülən işlərdən, həllini gözləyən problemlərdən və qarşıda duran vəzifələrdən danışıblar.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info