“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”
Tarix: 15.10.2018 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Frankofoniya təşkilatının 17-ci zirvə görüşündə “Böhran vəziyyətləri, böhrandan çıxış və Frankofon ərazisində sülh quruculuğu” adlı qətnamə qəbul olunub və qətnaməyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair bənd daxil edildi. Burada ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinə tam dəstək əks olunur, sülh şəraitinin təşviq edilməsinə və öncəki razılıqlara əməl edilməsinə çağırılır, eləcə də münaqişənin Helsinki Yekun Aktının fundamental prinsipləri, o cümlədən gücdən istifadə etməmək və hədələməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsipi əsasında sülh yolu ilə həllini nəzərdə tutan danışıqlar prosesinə yenidən başlanılması ifadə olunur. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən Frankofoniya təşkilatının 17-ci zirvə görüşündə özündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair bəndi əks etdirən qətnamə qəbul edilməsini şərh edərkən bildiriblər.
XİN-dən bildirilib ki, Helsinki Yekun Aktının dilinə uyğun olaraq, Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirdiyinə və Dağlıq Qarabağ və ətraf rayonlar da daxil olmaqla Azərbaycan ərazilərini hərbi işğal altında saxladığına görə güc tətbiq etmək məsuliyyəti Ermənistanın üzərinə düşür. Vurğulamaq istərdik ki, Helsinki Yekun Aktı bu xüsusda açıq şəkildə bəyan edir ki, “dövlətlər qarşılıqlı münasibətlərində, habelə, ümumiyyətlə, beynəlxalq münasibətlərdə hər hansı dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı hədələmək və güc tətbiq etməkdən çəkinməlidir.
Xalqların öz müqəddəratını təyin etməsi prinsipinə gəldikdə isə Helsinki Yekun Aktında növbəti fikir aydın şəkildə əks olunur: “İştirakçı dövlətlər xalqların bərabər hüquqlarını və öz müqəddəratını təyin etməsi hüququnu hər zaman BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və dövlətlərin ərazi bütövlüyü daxil olmaqla beynəlxalq hüququn müvafiq normalarına uyğun olaraq hörmət etməlidirlər”.
Fikrimcə, sənəd kifayət qədər aydın dildə yazılıb və burada hər hansı əlavə izaha və şərhə lüzum yoxdur: “Ermənistanın Frankofoniya təşkilatından sui-istifadə etmək səylərinə baxmayaraq, zirvə görüşünün qətnaməsində münaqişənin həllinin əsasını Helsinki Yekun Aktının prinsipləri təşkil etdiyi qeyd olunur. Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı ilə üzərinə düşən öhdəliklərini yerinə yetirərək qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır.
Ümid edirik ki, Ermənistanda seçkilərdən sonra bu dövlətin yeni hökuməti anlayacaq ki, Ermənistanın dayanıqlı inkişafı üçün işğal olunmuş Azərbaycan torpaqlarından qoşunlarını çıxartmaqdan başqa yol yoxdur”.

“Yerevan erməniləri Dağlıq Qarabağ ermənilərinə nifrət edirlər”
Millət vəkili Azər Badamov SİA-ya müsahibəsində işğalçı ölkənin baş naziri Paşinyanın oktyabrın 16-da istefa verə biləcəyini bəyan etməsi ilə bağlı fikri şərh edib: “Paşinyanın istefa verəcəyi bəyan edilməsində yeni planları var. O istəyir ki, parlamenti sarkisyanlardan, koçaryanlardan təmizləsin. İndiki halda isə Paşinyan, sadəcə, baş nazirdir. Qanunla idarəetmə hakimiyyəti onda olsa da, bu gün, demək olar ki, ölkəni idarə edə bilmir. Hər hansı bir hərəkət etmək istəyəndə parlamentdə və dövlət strukturlarında çoxluq təşkil edən Sarkisyanın tərəfdarları mane olurlar. Sarkisyanın tərəfdarları çalışırlar ki, Paşinyan ölkəni idarə edə bilməsin, hörmətdən düşsün və ləkələsin. Amma onu da qeyd etmək lazımdır ki, Paşinyan xalqın dəstəyi ilə hakimiyyətə gəlmişdir və bir çətinlik yaranan kimi xalqa müraciət edir, onları küçələrə çıxarır. Belə olan halda, Sarkisyan tərəfdarları geri çəkilərək pis duruma düşürlər. Paşinyan çox ümidlidir ki, istefa verəndən sonra yenidən parlament seçkilərində iştirak etsin və bir daha Sarkisyan tərəfdarlarına sərt yumruq göstərsin. Sadə ermənilər isə çaş-baş vəziyyətdədirlər. Onlar bilirlər ki, Sarkisyan və Koçaryanın dəstəkləsələr bu, Ermənistanın ölümü deməkdir. Ona görə də məcburdurlar ki, yenidən Paşinyanı dəstəkləsinlər. Paşinyan da buna arxayındır və yenidən hakimiyyətin idarə edilməsini ələ alaraq daha sərt idarəetməyə keçsin”.
Onun sözlərinə görə, Koçaryan və Sarkisyan gecə-gündüz çalışır ki, hakimiyyətə yenidən qayıtsın, mövqelərini möhkəmləndirib, köhnə qaydada sadə ermənilərin qanını içməkdə davam etsinlər. Düşünürəm ki, bu bir daha mümkün olmayacaq: “Çünki Yerevan erməniləri Dağlıq Qarabağ ermənilərinə nifrət edirlər, özbaşınalıqlarından, qurduqları hərbi xunta rejimindən cana gəliblər və düşünmürəm ki, bir daha onları dəstəkləsinlər. Amma Koçaryan və Sarkisyan son nəfəsliyi yenidən siyasi mübarizəyə qoşulmaqda görür”.
O bildirib ki, tərəflərarası qarşıdurma ancaq siyasi meydanda baş verə bilər: “Seçkilərdə Paşinyanın qalib gələcəyi ehtimalı daha böyükdür. Paşinyan yenidən hakimiyyətə qayıtdıqdan sonra qısa bir vaxtda Ermənistanda siyasi sabitlik yarana bilər. Bu, ancaq 1-2 ay davam edə bilər. Sonra yenidən qarşıdurmalar və hakimiyyət çevrilişləri mümkündür ki, bunlar da Ermənistanın sonuna yaxınlaşmanı sürətləndirəcək”.

“Ermənistan daha dərin uçuruma yuvarlanacaq”
Siyasi şərhçi Azər Həsrət isə SİA-ya bildirib ki, Paşinyanın siyasi iddiaları var və bunun üçün çalışır: “Bu şəxs özünü demokratik, qanunlara sayğılı birisi kimi göstərməyə çalışır. Ona görə də belə adi məsələlərlə manipulyasiya etməkdən çəkinmir. Təbii ki, onun belə addımları təhlil qabiliyyəti çox da yüksək olmayan, siyasi proseslərin məğzini anlamaqda çətinlik çəkən kütləyə hesablanmış manipulyasiyadır. Bu gedişlərlə kütlənin ona verdiyi dəstəyi davam etdirmək istəyir. Yəqin ki, qarşıdakı seçkidə bunu təmin edə biləcək. Amma sonrakı proseslərdə onun işi xeyli çətin olacaq. Çünki ac qalan erməni xalqı bir müddət sonra dözməyəcək və Paşinyan acı gerçəkliklərlə üzləşməli olacaq”.
O qeyd edib ki, Koçaryan və Sarkisyan revanş üçün yanıb-yaxılırlar: “Ona görə də ötən müddət ərzində boş durmayıblar. İndinin özündə də seçki üçün səfərbər olunmaqdadırlar. Lakin bir məsələ var ki, Moskva hansı qərarı verəcək? Əgər Moskva Paşinyanın üzərindən xətt çəksə, Koçaryan və Sarkisyan yenidən meydana qayıda bilər. Yox, bu olmasa, Paşinyan bir müddət də meydanda qalacaq. Sonrakı proseslərin necə olacağını deməyə isə hələ tələsməyək. Gözlənilməz hadisələr baş verə bilər. Hətta Qarabağ cəbhəsində intensiv hərbi əməliyyatlar bərpa edilə bilər”.
Azər Həsrətin fikrincə, siyasi böhran Ermənistanda növbəti vətəndaş qarşıdurmasına gətirib çıxara bilər: “Çünki az öncə də qeyd etdiyim kimi, erməni xalqı acdır. O insanları ən çox düşündürən məsələ daxili güvənlik və gündəlik yeməkdir. Paşinyanınsa ölkəsinin məhdud resurslarıyla bunu təmin etməsi hələ uzun müddət mümkünsüz görünür. Üstəlik də blokada şəraiti davam edir. Ona görə də sadə erməni xalqı bir müddət də dözdükdən sonra Paşinyandan çörək tələb edəcək. O isə çörək verə bilməyəcəyi üçün xalqla arası açılacaq və Ermənistan daha dərin uçuruma yuvarlanacaq”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”
08.11.2018
“Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir”
07.11.2018
“Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa çıxış yolu yoxdur”
06.11.2018
Ermənistanda bu il baş vermiş dəyişikliklər onların işğalçılıq siyasətinin tam iflası deməkdir
05.11.2018
Ermənistanın iflası və özünü təcridi daha da dərinləşəcək

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info