ADRA tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirəcək
Tarix: 16.10.2018 | Saat: 12:33:00 | E-mail | Çapa göndər


Bakıda keçiriləcək 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında Dövlət Reklam Agentliyi tətbiq etdiyi innovativ yenilikləri nümayiş etdirəcək. İlk növbədə sahibkarlara reklam daşıyıcılarının onlayn qeydiyyat sistemi təqdim olunacaq. Sistem Agentliyin rəsmi internet saytının tərkib hissəsi olaraq sahibkarları reklam yayımı üzrə qanunsuz ödənişlərdən azad etmək, daşıyıcıların qeydiyyatı üçün vaxt sərfini azaltmaq məqsədi daşıyır. Bu sahibkarlara qeydiyyat müqavilələrini və ödənişlərini görmək və onları vaxt itirmədən yeniləmək imkanı verir.
Nümayiş olunacaq digər bir yenilik məsafədən ölçmə cihazı ilə bağlıdır. Bu cihazlar ADRA-nın sifarişi əsasında Azərbaycanda istehsal olunur və istənilən reklam qurğusunun səthini məsafədən dəqiq ölçmək imkanı yaradır. Cihazların tətbiqi ilə Agentliyin müfəttişləri tez və təhlükəsiz şəraitdə istənilən reklam daşıyıcısını və reklam səthini dəqiq ölçə bilir.
24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında, həmçinin ADRA üçün xüsusi hazırlanmış açıq məkanda reklam daşıyıcılarını 360° təsbit edən texnologiyalar sərgilənəcək. Bu qurğular reklam daşıyıcılarına nəzarəti asanlaşdıracaq. Müfəttişlər ofisdən kənara çıxmadan bütün reklamların qeydiyyatına nəzarət edə biləcəklər.
Qeyd edək ki, 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı 4 - 7 dekabr 2018-ci il tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info