Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər mövzusunda regional seminar keçirilib
Tarix: 16.10.2018 | Saat: 12:35:00 | E-mail | Çapa göndər


Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə
Bakı şəhərində “Mənəvi dəyərlərin təbliğində fərdi ictimai amillər”
mövzusunda regional seminar keçirilib.
Seminarda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman
İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev, Bakı Dövlət
Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekan müavini,
fəlsəfə elmləri doktoru, professor Qızılgül Abbasova, Azərbaycan Milli
Elmlər Akademiyasının böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru
Şəhla Musayeva, Xəzər Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə
doktoru Mail Yaqub, ictimaiyyət nümayəndələri və gənclər iştirak
ediblər.
Seminarı giriş sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı
direktoru Mehman İsmayılov mənəvi dəyərlərin cəmiyyətdə və fərdlər
arasında təbliğinin vacibliyi haqqında danışıb. M.İsmayılov əsası Ulu
Öndər Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycanın möhkəm mənəvi
təməllər üzərində qurulduğunu, bu təməllərin gənclər tərəfindən
mənimsənilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd edib. İcraçı
direktor Fondun fəaliyyəti haqqında da geniş məlumat verib.
“Mənəviyyat nədir?” mövzusunda məruzə ilə çıxış edən Xəzər
Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub
mənəviyyat haqqında qədim filosof və mütəfəkkirlərin fikirləri və
mənəviyyata verdiyi təriflər haqqında iştirakçıları məlumatlandırıb.
Seminarda Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya
fakültəsinin dekan müavini, fəlsəfə elmləri doktoru, professor Qızılgül
Abbasovanın “Gənclər mühitində mənəvi dəyərlər” mövzusunda məruzəsi
dinlənilib. Məruzədə gənclərə mənəvi dəyərlərin təbliği işinin metodları
və praktiki təcrübəsi haqqında fikirlər, eləcə də gənclərə bununla bağlı
tövsiyələr diqqətə çatdırılıb.
Seminarda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi
işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Şəhla Musayeva “Müasir dünya:
mənəvi-əxlaqi seçim problemi” mövzusunda geniş məruzə söyləyib.
Ş.Musayeva məruzədə dünyada mənəvi mühitdə gedən proseslər haqqında
müqayisəli təhlillər haqqında məlumat verib.
Seminar gəncləri maraqlandıran suallar və mövzu ətrafında müzakirələrlə
öz işini davam etdirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Davosda qeyri-rəsmi görüşü olub
22.01.2019
Prezident İlham Əliyevin “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
22.01.2019
Prezident: Azərbaycan ərazilərinin işğalına son qoyulsa, regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı
22.01.2019
Prezident İlham Əliyev: Bizim əsas məqsədimiz Azərbaycanı potensial risklərdən qorumaqdır
22.01.2019
Prezident: Azərbaycan öz daxili imkanlarına arxalanaraq irəliyə gedir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info