BANM Meksika Neft İnstitutu ilə əməkdaşlığı genişləndirir
Tarix: 16.10.2018 | Saat: 12:40:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Meksika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Rodrigo Labardini və Səfirin müavini Alberto Aura Qonzales ilə görüşüb. Görüşün əsas məqsədi BANM ilə Meksika Neft İnstitutunun arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etmək olub. Rektor Elmar Qasımov qonaqları salamlayaraq onları Ali Məktəbdə görməkdən şad olduğunu bildirib. BANM-in son nailiyyətləri və inkişaf istiqamətləri haqqında məlumat verən rektor qeyd edib ki, Ali Məktəbi bu il bitirən məzunlar artıq müxtəlif yerli və transmilli şirkətlərdə işə qəbul olublar. BANM-də tədrisin səviyyəsindən danışarkən rektor həmçinin, Ali Məktəbin yeni tədris ilində ilk dəfə olaraq İnformasiya təhlükəsizliyi ixtisası və MBA proqramı üzrə tədrisə başladığını söyləyib.
Səfir Rodrigo Labardini yenidən BANM-də görüşə və qonaqpərvərliyə görə rektora təşəkkür edib. O bildirib ki, BANM-in nailiyyətləri və məzunları onların diqqət mərkəzindədir. Bu səbəbdən cənab səfir Meksikada böyük ictimai araşdırma mərkəzi və neft-qaz sektorunun ən böyük xidmət provayderi olan Meksika Neft İnstitutunun BANM ilə əməkdaşlıqda maraqlı olduğunun bildirib.
Görüşdə həmçinin Meksika Neft İnstitutu ilə BANM arasında tələbə mübadiləsinin detalları müzakirə edilib. Tərəflər arasında qarşılıqlı əməkdaşlıq həmçinin Meksika Neft Universitetinin zəngin digital kitabxanasından istifadə üçün BANM-in tələbələrinə imkan yaradacaq.
Nigar





 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
18.01.2019
Tarix İnstitutu 20 Yanvar faciəsi ilə bağlı konfrans keçirib
18.01.2019
Təxirə salınan dərs günləri məktəblilərin tətil günlərindən çıxılmayacaq
18.01.2019
Altı günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da dərslər keçiriləcək
18.01.2019
Alimlər Yeri asteroidlərdən qoruyan peyk sistemi yaratmağı təklif ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info