Ölkəyə narkotik vasitə keçirmək istəyənlər saxlanılıblar
Tarix: 16.10.2018 | Saat: 13:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) sərhəd mühafizəsinin etibarlı təmin olunması sahəsində tədbirləri davam etdirir.
DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, oktyabrın 10-da daxil olan əməliyyat məlumatına əsasən, DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Belə ki, həmin gün saat 02:40 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon Arvana kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozan naməlum iki şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə olunub.
Sərhəd pozucuları hərbi qulluqçular tərəfindən saxlanılaraq sərhəd zastavasına gətirilib. Onların üzərinə baxış keçirilərkən əl çantasının içərisində 6 ədəd polietilen bağlamada 5 kiloqram tiryək aşkarlanıb.
Saxlanılmış sərhəd pozucularının şəxsiyyəti müəyyənləşdirilib. Onların İran İslam Respublikası vətəndaşları, 1990-cı il təvəllüdlü Pənahi İbrahim Əli və 1993-cü il təvəllüdlü Nəravi Mehdi Əhməd olmaları məlum olub.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əcnəbi tələbələr: Novruz bayramı Naxçıvanda daha möhtəşəm keçirilir
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib
19.03.2019
Ağcabədidə şəhid ailələrinə bayram sovqatı paylanılıb
19.03.2019
Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu
19.03.2019
Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info