“Şimal-Cənub” nəqliyyat dəhlizi iqtisadi cəhətdən ən optimal marşrutdur
Tarix: 16.10.2018 | Saat: 13:03:00 | E-mail | Çapa göndər


Bu dəhliz digər region dövlətlərinin də inkişafında əhəmiyyətli rol oynayacaq


“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi iqtisadi cəhətdən ən optimal marşrutdur. Marşrutun yük bazasını Hindistan və Fars Körfəzi ölkələrinin Rusiya, Skandinaviya bölgəsi və Şimali Avropa ölkələri ilə ticarəti təşkil edir.
Bunu AZƏRTAC-a müsahibəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşmanın Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində imzalandığını xatırladan S.Qədirova bildirib ki, hazırda bu nəqliyyat dəhlizinin tam işə düşməsi üçün iştirakçı dövlətlər arasında intensiv iş aparılır.
Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bildirmişdi ki, ilin əvvəlindən “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi yüz dəfədən çox artıb: “Bu, hələ başlanğıcdır. Biz indi tərəfdaş ölkələrlə bu layihənin tam həyata keçirilməsi üçün çox ciddi danışıqlar aparırıq. Azərbaycanın həm texniki təcrübəsi, həm də mütəxəssisləri və maliyyə resursları var. Azərbaycan ərazisində bütün işləri biz özümüz gördük və başqa yerlərə də öz maliyyə imkanlarımızı cəlb edə bilərik ki, bu dəhliz tam gücü ilə işləsin və ölkəmizə əlavə valyuta gətirsin. Bizim əsas məqsədimiz budur. Əlbəttə ki, tranzit ölkələrin siyasi çəkisi də, siyasi imkanları da artır. Regionda əməkdaşlığın inkişafı üçün o ölkələrin rolu artır. Biz istəyirik ki, bizim rolumuz artsın. Biz istəyirik ki, Azərbaycan ilə daha çox hesablaşsınlar. Biz istəyirik ki, Azərbaycandan daha çox məsələlər asılı olsun və buna nail oluruq”.
Bu dəhlizin inşası ilə bağlı görülmüş və görüləcək işlərdən danışan "Azərbaycan Dəmir Yolları" QSC-nin sözçüsü deyib: “Marşrutun inkişafı çərçivəsində Astara (Azərbaycan) - Astara (İran) birləşdirici dəmir yolu xəttinin tikintisi həyata keçirilib. Azərbaycan dəmir yolları tərəfindən İran ərazisində yük terminalının birinci mərhələsi istismara verilib, taxıl terminalının isə təməli qoyulub. Rəşt-Astara dəmir yolu xətti bu dəhlizin tamamlanması üçün əsas yoldur. Cənub-Şərqi Asiya ölkələrindən Avropaya ixrac edilən yüklər, dəmir yolu vasitəsilə İran və Azərbaycan üzərindən keçməklə Avropaya çatdırılacaq. Yüklərin əks istiqamətdə daşınması da məhz bu yolla həyata keçiriləcək. Bu dəhliz ixrac-idxal əməliyyatlarını bu marşrut ilə həyata keçirərək ticarət dövriyyəsini artıran digər region dövlətlərinin də inkişafında əhəmiyyətli rol oynayacaq. Rəşt-Astara dəmir yolu layihəsinin icrası ilə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi istifadəyə hazır vəziyyətə gətirilmiş olacaq və bu marşrutdan istifadə edərək, Hindistan və Çin öz məhsullarını Mərkəzi Asiya, Azərbaycan, Rusiya və Avropaya nəql edə biləcək. Dəhliz tam fəaliyyətə başlayandan sonra birinci mərhələdə onun vasitəsilə ildə 5 milyon ton yük daşımaq, gələcəkdə bunu 10 milyon tona çatdırmaq və daha da artırmaq nəzərdə tutulur. Bu dəhlizin əsas üstünlüyü yüklərin çatdırılma müddətinin iki dəfədən çox azaldılmasındadır”.
Sevinc Qədirova onu da bildirib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi hazırda sınaq rejimində işləyir. Bu marşrutla əsasən Rusiya Federasiyasının müxtəlif regionlarından və Belarusdan İrana taxta materialları, MDF, taxıl və qida məhsulları, İrandan isə Rusiya Federasiyasına, Gürcüstana və Azərbaycana meyvə-tərəvəz, klinker-sement, kafel, metlax, armatur və digər yüklər daşınıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info