Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolu yenidən qurulur
Tarix: 16.10.2018 | Saat: 14:00:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq ölkənin dörd bir yanında yol infrastrukturunun yenilənməsi istiqamətində aparılan işlər respublika əhəmiyyətli yolları da əhatə edir. Bu yollardan biri Tərtər-Hindarx avtomobil yoludur.
Uzun illər təmir olunmadan istismar edildiyindən, həmçinin təbii faktorların təsirindən avtomobil yolunun 26 km-lik hissəsində asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlmişdir. Çiyinlərdəki materiallar atmosfer yağıntıları nəticəsində yuyulmaya məruz qaldığından, çıyınlər aşağı səviyyədə idi.
Yenidən qurulan III texniki dərəcəli Tərtər-Hindarx avtomobil yolunun 26 km-lik hissəsinin 3.9 km-i Tərtər şəhər ərazisinə düşür. Burda layihəyə uyğun olaraq mövcud asfalt-beton örtük frez maşını ilə profilə salınır, yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır. Əvəzinə 25 sm hündürlükdə qum-qırmadaş qarışığından əsasın alt layının, 15 sm qalınlıqda optımal-çınqıl qarışığından əsasın üst layının təmiri işləri görülür. Daha sonra bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Bu işlərə paralel olaraq sözügedən hissədə yeni piyada səkiləri inşa edilir. Bunun üçün yararsız beton səki daşları sökülür. Əvəzinə 4 min p-metrdən çox yeni səki daşının düzülməsi ilə piyada səkilərinin inşası işləri görülür.
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun 22.1 km-lik hissəsində bəzi ərazilərdə torpaq yatağı təbii relyef ilə eyni səviyyədə olduğundan dağılmalar və çökmələr əmələ gəlmişdir. Bu səbəbdən yenidənqurma işləri zamanı torpaq yatağının qaldırılması işləri görülür.
Bunun üçün yararsız yol örtüyü 26 min kub.m və torpaq yatağının yararsız hissələri 38 min kub.m həcmdə qazılaraq çıxarılır, qazılmış hissələrin yenidən bərpası və yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılması üçün 126 min kub.m həcmdə yararlı qrunt tökülərək kipləşdirilir, təbii karxana çınqılı ilə torpaq yatağının təmiri işləri aparılır.
Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq 30 sm hündürlükdə qum-qırmadaç materialından əsasın alt layı, 18 sm qalınlıqda isə optimal-çınqıl qarışığından əsasın üst layının 270 min kv.m sahədə tikintisi işləri görülür. Yol əsası hazır olan hissələrdə isə asfaltlanma işləri aparılır. Bu zaman yol örtüyünün alt layı 7 sm, üst layı isə 5 sm qalınqlıda olan asfalt-beton qarışığı ilə salınır.
Mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğu üçün borular yeniləri ilə əvəz edilir, zəruri olan yerlərdə yeniləri qoyulur, həmçinin kommunikasiya xətlərinin keçirilməsi üçün də borular quraşdırılır. Layihəyə uyğun olaraq yol boyu ümumilikdə diametri 500 və 700 mm olan 290 p-metr metal, diametri 1000 və 1200 mm olan 152 p-metr dəmir-beton suötürücü boruların quraşdırılması işləri aparılır.
Layihə çərçivəsində çiyin hissələrin 80 min kv.m sahədə optimal-çınqıl materialı ilə bərkidilməsi və yol birləşmələrinin 4 min kv.m-dən çox sahədə təmiri işləri də aparılacaq, 12 avtobus dayanacağı inşa ediləcək. Yol boyu hərəkətin norma təşkili üçünsə 66 yol nişanı, 22 km göstəricisi və 660 siqnal dirəyi quraşdırılacaq, 87 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun 26 km-lik hissəsinin yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların Tərtər və Hindarx istiqamətinə gediş-gəlişi asanlaşaq, yetişdirilən kənd təsərrüfatı məhsullarının bazarlara vaxtında çatdırılması imkanı yaranacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info