Kardinal Canfranko Ravazi: “Vatikan-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir”
Tarix: 16.10.2018 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


“Vatikan-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir, əməkdaşlığımız müxtəlif sahələri əhatə edir. Vatikan muzeyi, Vatikan kitabxanası və katakombalar ilə bağlı həyata keçirdiyimiz birgə layihələr böyük əhəmiyyət daşıyır. Xüsusilə Romada Müqəddəs Sebastian katakombalarının bərpası ilə bağlı əməkdaşlıqdan çox razıyıq”. Bu fikirləri Vatikan Dövlətinin Mədəniyyət üzrə Pontifik Şurasının prezidenti Kardinal Canfranko Ravazi AZƏRTAC-a müsahibəsində söyləyib. Canfranko Ravazi Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombalarının bu yaxınlarda Romada Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə açılış mərasiminin keçirildiyini xatırladaraq bunun önəmini qeyd edib. Kardinal deyib ki, ümumilikdə katakombalarda bərpa işləri davam edir. Bu işlər başa çatandan sonra restavrasiya edilmiş bütöv sərdabələrin sayı on iki olacaq. Bu, çox incə işdir, mərmər sərdabələr hələ qədim zamanlarda (1700-1900 il əvvəl) təbii boyalarla rənglənib. “Freskalarının gözəlliyi ilə seçilən, lakin heç zaman bərpa edilməmiş katakombalarımız var idi və bütün səylərimi onların bərpasını təmin etməyə yönəltmişdim. Bir çox yerə müraciət etmişdim, ancaq Azərbaycan tərəfinə - Heydər Əliyev Fonduna təşəkkür edirəm ki, müraciətimizə dərhal müsbət cavab verdi”, - deyə kardinal Canfranko Ravazi diqqətə çatdırıb. Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının prezidenti kitabxana sahəsində aparılan əməkdaşlığın vacibliyini də qeyd edib. O bildirib ki, Vatikan kitabxanasında Azərbaycana aid çoxsaylı əlyazma mövcuddur. Azərbaycandan alimlər bu əlyazmalarla tanış olmaq məqsədilə Vatikana gəliblər. Araşdırılmış materiallar elektron formada Azərbaycan tərəfinə təqdim edilib ki, bu materiallar Bakıda da olsun.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb
16.01.2019
Sarkozi: “Sizin çox güclü və önəmli ölkəniz var”
16.01.2019
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək
16.01.2019
Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16.01.2019
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info