Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti gələn il nəşr ediləcək
Tarix: 16.10.2018 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin bu ilin sonuna kimi hazır olması, gələn ilin birinci yarısında nəşr edilməsi nəzərdə tutulur. Bunu Trend-ə Orfoqrafiya Komissiyasının sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. İ.Həbibbəylinin sözlərinə görə, hazırda AMEA Dilçilik İnstitutunda orfoqrafiya lüğətinin hazırlanması üzərində iş aparılır: “Azərbaycan dilində 100 mindən çox söz var ki, onların maksimum 1000-i orfoqrafiya qaydaları əsasında yenilənmə tələb edir. Həmin sözlər dəqiqləşdirilib. Hesab edirəm ki, yenilənmiş orfoqrafiya qaydaları Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra Azərbaycan dilinin müstəqillik dövrünün mükəmməl, geniş lüğətini hazırlayıb cəmiyyətə təqdim edə biləcəyik". Xatırladaq ki, orfoqrafiya lüğəti Azərbaycan dilinin sözlərinin yazılışında əsas mənbə hesab edilir. Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğəti 2013-cü ildə nəşr edilib.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
18.01.2019
Tarix İnstitutu 20 Yanvar faciəsi ilə bağlı konfrans keçirib
18.01.2019
Təxirə salınan dərs günləri məktəblilərin tətil günlərindən çıxılmayacaq
18.01.2019
Altı günlük iş rejimi ilə işləyən məktəblərdə yanvarın 19-da dərslər keçiriləcək
18.01.2019
Alimlər Yeri asteroidlərdən qoruyan peyk sistemi yaratmağı təklif ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info