“Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur“
Tarix: 16.10.2018 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Oktyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində “Dini ekstremizmin mahiyyəti, yaranma səbəbləri və ona qarşı mübarizənin hüquqi əsasları” mövzusunda tədbir keçirilib. Əvvəlcə DQİDK-nın sifarişi əsasında çəkilmiş, Azərbaycan Respublikasının ərazi bötövlüyü uğurunda şəhid olmuş, eləcə də dini fanatizmin və
radikalizmin təsirinə məruz qalmış, bir sıra xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərlərdən bəhs edən “Şəhadət” sənədli filmi nümayiş olunub. Daha sonra çıxış edən DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, polkovnik Bəhruz Quliyev mövzunun əhəmiyyətindən danışıb. B.
Quliyev DQİDK-nın dini maarifləndirmə, eləcə də dini radikalizmlə mübarizə sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib. “Bu istiqamətdə çəkilmiş “Fitnə” “Şəhadət” sənədli filmləri böyük əhəmiyyətə malikdir”- deyə natiq əlavə edib. DQİDK-nın sədr müavini S.Heydərov çıxışında qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda ictimai-siyasi, o cümlədən dini durum sabitdir. Sədr müavini vurğulayıb ki, dövlətimizin din sahəsindəki başlıca vəzifəsi dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsi, eləcə də vətəndaşlarımızın dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasıdır. DQİDK-nın sədr müavini onu da bildirib ki, dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur, eyni zamanda ictimai-siyasi asayışın daha mükəmməl təminatı üçün olduqca mühümdür. Natiq dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları barədə də ətraflı məlumat
verib, DQİDK-nın digər qurumlar, o cümlədən hüquq-mühafizə orqanları ilə
sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. DQİDK-nın sədr müavini dini radikalizmlə mübarizədə preventiv, zəruri hallarda isə proflaktik tədbirlərin həyata keçirilməsinin vacibliyindən bəhs edib. S.Heydərov onu da qeyd edib ki, zərərli dini ideologiyaların təsirinə məruz qalan şəxslərin ətrafında müvafiq tədbirlər həyata keçirilməklə onların
rebilitasiyası və cəmiyyətə reinteqrasiyasına diqqətin artırılması vacib məsələdir. Ölkəyə idxal olunan dini ədəbiyyatlardan da bəhs edən S. Heydərovun sözlərinə görə, Dövlət Komitəsində müxtəlif dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən kitabların respublikamıza idxalına razılıq verilməyib.
Sonda DQİDK sədr müavini dini radikalizm və dini ekstremizmlə mübarizədə
hər kəsin ayıq-sayıq olmasnın vacibliyini diqqətə çatdırıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10752

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info