Qonşuya bağlanan ümid
Tarix: 04.07.2013 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


|

Seçməklə seçilməyin məsuliyyəti haradasa eynidir. Burada seçənin ümidi, seçilənin isə real fəaliyyəti, qazandığı etibar və imic əsasdır. Bu yaxınlarda ölkəmizin seçki ab-havasında, sözün əsl mənasında, bir komediyanın nümayişinə start verildi. Nəzərə alsaq ki, bu komediyanın rejissoru həm də kinodramaturqdur, o zaman alqışı ondan necə əsirgəyəsən...
Bir o qalır ki, vaxt itirmədən, elə indicə Azərbaycanın bütün mədəniyyət ictimaiyyətinə gözaydınlığı verib, mütləq qeyd edəsən ki, ay bizim bəxtiyeyin mədəniyyət və incəsənət xadimlərimiz, çırtma çalın, əşi lap qol götürüb sındırın ki, yeni prezidentiniz Rüstəm İbrahimbəyov olacaq (Allah, Allah! Bir səbəb qıl kim, peşman olmasın- M.Ə.Sabir).
Onu da düşünürəm ki, tanınmış ağsaqqal, yaxud da cavan sənətkarlardan qalxıb deyərlər ki, vallah, “biz belə əsrarı qana bilmirik, qanmaz olub da dayana bilmirik”. Yəni Vətən torpağının üstündə gəzməkdən, havasından-suyundan bəhrəmənd olmaqdan bezikən birisindən bizə prezident olar?!. Elə bilirsiniz, bu zaman deməyə bir söz tapa bilərəm, əsla!
Dəyərli oxucu! Bu “sensasion” xəbəri eşidər-eşitməz başladım gülməyə. Ancaq sevincim çox sürmədi. Birdən qaş-qabağım düyünləndi. Azərbaycanın “demokratik” qüvvəsizlərinin gəldiyi nəticəyə-R.İbrahimbəyovun vahid (?) namizəd kimi dəstəklənməsinə əməlli-başlı çaş-baş qaldım. Çünki ciddi siyasət meydanı ilə teatrın yeri səhv salınmışdı. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin siyasət universitetindən uğurla məzun olan, beynəlxalq diplomatiyanın tərəddüdsüz qəbul etdiyi Prezident İlham Əliyevə R.İbrahimbəyovu “rəqib” görmüşdülər.
Atalar demişkən, “yoxun üzü qara olsun”. “Milli şura”nı da başa düşmək lazımdır. Başqa çarələrimi vardı?.. Gənc şair Elxan Yurdoğlunun iki misrasını xatırlayıram:

...İstər böyüt, istər kiçilt,
Əl bir qarışdı, bir qarış!

Ümidini itirmək istəməyən biçarələrdən eşidirəm ki, guya “milli şura”nın bu seçiminin çox “ciddi” əsasları var. Yəni, R.İbrahimbəyovun arxasında Rusiya dayanıb... Yenə, Mirzə Cəlil kimi “xəyalata cumuram” və bu dəfə də ulularımızın “Qonşuya ümidli olan şamsız ... qalar” deyimi yadıma düşür. Və mənim də bu hikmətə inanmaqdan başqa çarəm qalmır.

Ümumiyyətlə, mən xalqdan qopmaqdan və onun məntiqi nəticəsi kimi yaranmış faciədən həmişə qorxmuşam. Bu qopmanı heç kimsəyə, hətta bizim dövləti sevməyənlərə də arzulamaram. Axı mən bu cavan ömrümdə görmüşəm ki, “Həmişə xalq deyən, xalqa söykənən, xalqdan qüvvət alan özü xalq olur” (B.Vahabzadə).
R.İbrahimbəyovun “halla-halla” ilə vahid (tək, yeganə, yek) namizəd elan olunmasına baxmayaraq, görək 50-60 nəfərdən savayı daha kimlər onu prezident görmək istəyir? Çünki bu rejissor-namizəd bir kərə də olsun “XALQ!” deməyib. Əvəzində ümidini müdam qonşuya bağlayıb. Deyirəm, Allah adamın öz xalqına versin! Siz də deyin Amin!!!




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info