Lənkəran Dövlət Universiteti üçün yeni yataqxana binası tikilir
Tarix: 16.10.2018 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Üç min beş yüz nəfərə yaxın tələbə və magistrantın təhsil aldığı Lənkəran Dövlət Universitetində (LDU) 160 yerlik, beşmərtəbəli yeni yataqxana binasının tikintisinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni bina LDU-nun idarəçiliyinə verilmiş keçmiş peşə məktəbinə məxsus qəzalı binanın yerində tikilir.

Yaşayış sahəsi 1100 kvadratmetr olacaq yataqxana binasında tələbələrin normal istirahəti, asudə vaxtlarının təşkili üçün bütün şərait yaradılacaq. Burada kompüter otaqları, kitabxana, xidmət otaqları fəaliyyət göstərəcək. Yataqxana binasının 2019-2020-ci tədris ilində tələbələrin istifadəsinə verilməsi nəzərdə tutulub. Qeyd edək ki, hazırda LDU-da yalnız qız tələbələr yataqxana binasından istifadə edirlər. 50 nəfərlik qızlar yataqxanası 2016-cı ildə əsaslı şəkildə yenidən təmir olunub və burada tələbələrin yaşayışı, normal istirahəti üçün hər cür şərait yaradılıb, onların dərsə getmələri üçün ayrıca mikroavtobus da ayrılıb.
Hazırda ali təhsil müəssisəsində paralel olaraq iki yeni tədris korpusunun da tikintisi davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info