Tomas Opperman: “Azərbaycan Avropa üçün geostrateji və iqtisadi əhəmiyyət daşıyır”
Tarix: 16.10.2018 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Berlində, Aşağı Saksoniya federal torpağının federasiya yanındakı nümayəndəliyində Almaniya-Azərbaycan Forumu və NUMOV Cəmiyyətinin təşkilatçılığı və Ağstafa Aqrar Sənaye Kompleksinin dəstəyi ilə “Azərbaycan-Almaniya münasibətləri: birgə tarix və perspektivlər” mövzusunda konfrans keçirilib. Aşağı Saksoniya federal torpağının Federal və Avropa İşləri və Regional İnkişaf Nazirliyinin nümayəndəsi Petra Şults və Almaniya-Azərbaycan Forumunun sədr müavini Helqa Daub təmsil etdikləri qurumların adından tədbir iştirakçılarını salamlayıblar. Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov çıxış edərək iki dövlət arasındakı münasibətlərin cari vəziyyətini qiymətləndirib. Səfir siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə ölkələrimiz arasında mövcud olan əməkdaşlığı qeyd edib və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Almaniyanın ədalətli mövqeyinə toxunub. Almaniya Bundestaqının vitse-prezidenti Tomas Opperman çıxış edərək Azərbaycanın Avropa üçün geostrateji və iqtisadi əhəmiyyətini bildirib. O, xalqlarımız arasında münasibətlərin 200 illik uzun tarixə söykəndiyini və bunun hazırda iki dövlət arasında cari münasibətlərin inkişafı üçün möhkəm əsas yaratdığını qeyd edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Opperman Almaniyanın münaqişənin sülh yolu ilə həllinə töhfə verməyə hazır olduğunu bildirib. O, Azərbaycanı özünün tolerantlıq ənənələrinə görə İslam dünyasında nümunəvi ölkə adlandırıb. Daha sonra tədbir panel müzakirələrlə davam edib. Bundestaqın deputatı, Cənubi Qafqaz parlament qrupunun sədri Yohannes Kars Dağlıq Qarabağda yaranmış beynəlxalq hüquqi vəziyyətin tam aydın olduğunu, amma münaqişənin sülh yolu ilə həlli üçün diplomatik səylərin artırılmalı olduğunu bildirib. Almaniya Xarici İşlər Nazirliyində keçmiş dövlət katibi, NUMOV Cəmiyyətinin Məsləhət Şurasının üzvü Volf Rutord Born bu münaqişədə beynəlxalq hüquq prinsiplərinin pozulduğunu vurğulayıb. O, münaqişənin həllində Madrid Prinsiplərinə əməl olunmasının vacibliyini qeyd edib. Almaniya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya şöbəsinin diplomatı Mattias Kruze ölkəmizdə mövcud olan alman koloniyaları ilə bağlı müsbət təcrübənin Azərbaycan-Almaniya münasibətlərinin inkişafında oynadığı rolu vurğulayıb. O, təmsil etdiyi qurumun sözügedən tarixin əbədiləşdirilməsi və qeyd edilməsi istiqamətində atdığı addımları vurğulayıb. Almaniya Kanslerinin Azərbaycana səfərinə toxunan diplomat bunun bir çox sahələrdə, o cümlədən iqtisadi dairədə əməkdaşlığın daha da dərinləşəcəyinə inamını ifadə edib.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Bəzi parlamentarilər məsələnin məğzinə varmadan Azərbaycanın imicinə xələl gətirmək istəyirlər
21.01.2019
Müxalifət niyə ictimai asayişin pozulmasında maraqlıdır?
21.01.2019
Xaotik, zəif, sistemsiz aksiya: radikal qrupların sosial bazası yoxdur
21.01.2019
“Prezident məhkum Mehman Hüseynovun işinin obyektiv və ədalətli araşdırılması ilə bağlı tapşırıq verib”
21.01.2019
Hüquq müdafiəçiləri Mehman Hüseynovla bağlı Prezidentə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info