Marqvelaşvili: “Gürcüstanda narkotik vasitələrin yetişdirilməsi və istehsalı yolverilməzdir”
Tarix: 16.10.2018 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ölkədə marixuana və digər narkotik vasitənin istənilən məqsədlərlə istehsalının əleyhinədir. Marqvelaşvili keçirdiyi brifinqdə Gürcüstanda narkotiklərin istehsalının və ölkənin narkotik istehsalçısına çevrilməsinin onun beynəlxalq imicinə xələl gətirəcəyini deyib. “Fikrimcə Gürcüstanda narkotik vasitələrin yetişdirilməsi və istehsalı yolverilməzdir. Birincisi ona görə ki, əgər biz narkotik istehsal edən ölkə olsaq, o zaman narkotiklərin yayılmasına nəzarət edə bilməyəcəyik və daha çox insan bu xəstəliyin qurbanına çevriləcək. İkinci səbəb isə ölkənin xarici siyasəti ilə bağlıdır. Gürcüstan marixuana və ya digər narkotik vasitə istehsal edən ölkəyə çevrilə bilməz. Vətənimizə belə bir etiket vurula bilməz” - deyə Prezident vurğulayıb. Məlumat üçün qeyd edək ki, Gürcüstan parlamenti marixuananın tibbi və kosmetik məhsullar üçün istehsalı və ixrac məqsədi ilə yetişdirilməsini nəzərdə tutan qanun layihəsinin müzakirəsini iki ay müddətinə təxirə salıb. Gürcüstan katolikosu və əksər dini icmaları, eləcə də bir sıra siyasi partiyalar da narkotiklərin istehsalı və satışını nəzərdə tutan qanun layihəsinin müzakirəsinin əleyhinə çıxış edib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info