Bakıda Amerika universitetlərinin təhsil sərgisi keçiriləcək
Tarix: 16.10.2018 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Oktyabrın 20-də “Hilton Bakı” otelində “Education USA” mərkəzinin, ABŞ-ın ölkəmizdəki səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi ilə Amerika universitetlərinin təhsil sərgisi keçiriləcək. Sərgidə ABŞ-da təhsil, bu ölkənin bir sıra universitetləri, müxtəlif mübadilə və təqaüd proqramları barədə məlumat veriləcək.
Bu fikirlər Amerika universitetlərinin təhsil sərgisinə həsr olunan mətbuat konfransında səsləndirilib. Tədbirdə “Education USA” mərkəzinin mütəxəssisləri Leyla Həmidova və Sevinc Hüseynova sərgi barədə məlumat veriblər. Bildirilib ki, sərgi xaricdə təhsil almaq istəyənlərə ABŞ-ın doqquz universitetinin nümayəndələri və mübadilə proqramlarının məzunları ilə birbaşa ünsiyyət imkanı yaradır. Həmçinin sərgidə ali məktəb və mübadilə proqramları, ərizə prosedurları, təqaüdlər, tələbə həyatı və ABŞ-da mədəni uyğunlaşma haqqında ətraflı məlumat veriləcək.
Diqqətə çatdırılıb ki, “Education USA” Azərbaycan ABŞ-da rəsmi qeydiyyata alınmış ali təhsil müəssisələri haqqında dəqiq, hərtərəfli və qərəzsiz məlumat verərək, tələbələrin bu ölkədə ali təhsil almasına yardım edir. “Education USA” ABŞ ali təhsil sisteminin rəsmi mənbəyidir və bu ilin yanvarından Azərbaycanda 1500-dən çox insana xidmət göstərib.
ABŞ-ın ölkəmizdəki səfirliyinin mətbuat xidmətinin nümayəndəsi Mehdi Hüseynquliyev bildirib ki, sərginin təşkilinin məqsədi ABŞ-da təhsil almaq istəyənlərə bu ölkənin təhsil sistemi, müxtəlif proqramlar barədə məlumatlandırmaq və azərbaycanlı gənclərin xaricdə təhsil almasına imkan yaratmaqdır.
Sərgidə ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak edəcəklər.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Azərbaycan İlahiyyat İnstitutunda mediatur təşkil olunub
21.01.2019
Azərbaycan məktəbləri beynəlxalq mükafata layiq görülüb
21.01.2019
“Baker Hughes, a GE company” Bakı Ali Neft Məktəbilə əməkdaşlığı genişləndirir
19.01.2019
20 Yanvar xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
18.01.2019
Tarix İnstitutu 20 Yanvar faciəsi ilə bağlı konfrans keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info